21 C
Baku
Tuesday, April 16, 2024

Kredit bazarına nəzarət departamentinin analitiki – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası

0
15.02.2019

Kredit bazarına nəzarət departamentinin analitiki

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Kredit bazarına nəzarət departamentinin analitiki vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədilə publik hüquqi şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılmışdır.
Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Tam ali təhsil (Maliyyə, iqtisadiyyat);
• Bank və ya maliyyə sahəsi üzrə 2 il iş təcrübəsi;
• Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili və orta səviyyədə rus dili bilikləri;
• MS Office proqramlarından sərbəst istifadə etmək bacarıqları;
• Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativlik, normayaradıcılıq bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə, qərarvermə, təşkilatçılıq, analitik düşüncə.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR

• Təqdim olunmuş hesabatlar əsasında bankların qanunvericiliyinin və normativ xarakterli aktların tələblərinə riayət edilməsini nəzarətdə saxlamaq və fəaliyyətləri ilə bağlı risklərin təhlili üçün bankların fəaliyyətinə nəzarəti həyata keçirmək;
• Departamentə daxil olan müraciətlərə baxılması, araşdırılması və cavablandırılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz  CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları