9 C
Baku
Friday, December 13, 2024

Hesab üzrə mütəxəssis (Cəlilabad, Yevlax, Bakı) – Bank Respublika

0
Hesab üzrə mütəxəssis (Cəlilabad, Yevlax, Bakı) – Bank Respublika
Bakı, Cəlilabad, Yevlax
20.12.2021

Ümumi vəzifə öhdəlikləri:

  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  • Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
  • Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
  • Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
  • Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
  • Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  • Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
  • Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla);
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 dekabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində aşağıdakılardan birini qeyd etməklə elektron ünvanına göndərə bilər:

  • Hesab üzrə mütəxəssis (Cəlilabad filialı)
  • Hesab üzrə mütəxəssis (Yevlax filialı)
  • Hesab üzrə mütəxəssis (Bakı)

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi