8 C
Baku
Friday, March 29, 2024

Hesabatlıq üzrə Aparıcı/Böyük mütəxəssis – Ziraat Bank Azərbaycan ASC

0
Hesabatlıq üzrə Aparıcı/Böyük mütəxəssis – Ziraat Bank Azərbaycan ASC
Bakı
10.06.2020

Ziraat Bank Azərbaycan” ASC Maliyyə Departamentinə Hesabatlıq üzrə Aparıcı/Böyük mütəxəssis vəzifələrinə işə dəvət edir.

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması;
• Maliyyə sahəsində 3 / 6 il iş təcrübəsi;
• ACCA və ya CIMA sertifikasiyasının olması. ACCA F2, (MA), F3 (FA), F5 (PM), F7 (FM) sertifikatlarının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək;
• MS Office proqramlarını (xüsusi ilə MS Excel, MS Powerpoint) bilmək və işində istifadəsini təmin etmək;
• SQL (orta səviyyədə) biliklərinə malik olması;
• Azərbaycan dili (əla səviyyədə), ingilis dili (orta səviyyədə) biliklərinə malik olması;
• Yüksək səviyyədə məntiq və riyazi bilik;
• Analitik düşünmə qabilliyəti və yaranmış problemlərin həll etmə bacarığının olması.

Vəzifə öhdəlikləri:

• Azərbaycan Respublikasının Mərkəzi Bankı, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsivə digər nəzarət orqanları tərəfindən tələb edilən günlük, həftəlik, aylıq, rüblük və illik hesabatların tərtib edilməsi;
• İdarəetmə İnformasiya sistemi (MIS) üzrə tələb edilən işlərin aparılması;
• Hesabatların avtomatlaşdırılması üzrə proseslərin koordinasiyasının və icrasının təşkil edilməsi;
• Kənar audit yoxlamasının bütün mərhələlərində, eləcə də BMHS üzrə maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
• Həm kənar, həm daxili istifadəçilər üçün bank haqqında maliyyə məlumatlarını əks etdirən hesabat və təqdimatların hazırlanması;
• Bankın büdcə prosesində aktiv iştirak edərək ilkin iqtisadi təhlilin edilməsi;
• Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası;
• Mənfəətlik və effektivlik təhlillərinin (proseslər, məhsullar, gəlir-xərc mərkəzləri) həyata keçirilməsi və təkliflərin verilməsi;
• Bankın fərdi performans dəyərləndirmə (KPI) sisteminin meyarlarınının müəyyənləşdirilməsi, və sistemin əlaqədar struktur bölmələri ilə birlikdə koordinasiyalı təşkil edilməsi və icra edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər İyul ayının 10-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Hesabatlıq üzrə aparıcı/böyük mütəxəssis” qeyd etməyiniz vacibdir.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi