17 C
Baku
Saturday, May 18, 2024

Hesabatlıq və büdcələmə şöbəsinin kiçik mütəxəssisi – Avromed Company QSC

0
Hesabatlıq və büdcələmə şöbəsinin kiçik mütəxəssisi – Avromed Company QSC
Bakı
29.04.2020

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.

Şirkət Hesabatlıq və büdcələmə şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə təcrübəli işçi dəvət edir.

Hesabatlıq və büdcələmə şöbəsinin kiçik mütəxəssisi:

– Şirkətin funksional vahidlərinin məlumatlarına əsasən büdcə tərtib edir və təqdim edilən büdcə təqdimatlarının mümkün risklərə məruz qalıb-qalmamaları baxımından yoxlama aparır və şöbə rəhbərini yarana biləcək potensial problemli sahələr barədə məlumatlandırır;
– Məhdudiyyətlərin və nağd pul vəsaitlərinin təhlili əsasında büdcə formalaşması prosesini təmin edir;
– Hesablaşma və bütövlülük baxımından yaranan nöqsanları öncədən aradan qaldırmaq üçün büdcə modelini nəzərdən keçirir;
– Cari maliyyə fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanmasında iştirak edir;
– Mövcud hesabat portfelinin təmin edilməsi və gələcək inkişafı üçün səy göstərir;
– Səmərəliliyin, proseslərin və məlumatların keyfiyyətinin artırılması yollarını axtarır, təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsini təmin edir;
– Şirkətin bütün fəaliyyət sahələrində cari xərclərin azaldılması üzrə təhlillərdə iştirak edir;
– Elektron cədvəllərdən istifadə etməklə maliyyə modellərini tərtibində iştirak edir;
– Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlayır,məlumatların mütəmadiliyini təmin edir.

Tələblər:

– Maliyyə və ya mühasibatlıq üzrə bakalavr təhsili.
– Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi.
– İşə münasibətdə yüksək fəallıq və məsuliyyət nümayiş etdirmək tələb edilir.

• Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
• Maliyyə hesabatlarının hazırlanması üçün 1C, proqramından müvafiq məlumatların təmin edilməsi;
• Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi;
• Beynəlxalq mühasibatlıqla bağlı sertifikatların (ACCA ) F2,F3 olması F7 üstünlükdür.

Dil bilikləri:

• Azərbaycan dili – Əla
• İngilis dili – yazı əla, danışıq orta
• Rus dili – tələb deyil, üstünlük verilir.

Peşə bacarıqları:

• Riyazi təfəkkür
• Analitik düşünmə bacarığı və statistik göstəricilərin əldə edilməsi
• Səbir, təmkin və detallara diqqət
• Təzyiq altında işləmək qabiliyyəti
• Güclü problem həlletmə və qərar qəbuletmə bacarıqları;

Maraqlananlar CV-lərini “[email protected]” elektron poçt ünvanına 01.06.2020-ci il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində Hesabatlıq və büdcələmə şöbəsinin kiçik mütəxəssisi yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər