15 C
Baku
Friday, May 10, 2024

Hüquq şöbəsinin müdiri – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti

0
Hüquq şöbəsinin müdiri – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti
Bakı
27.10.2023

Vakansiyanın təsviri

  • Agentliyin fəaliyyətinin normativ hüquqi təminatını həyata keçirmək;
  • Agentliyin fəaliyyəti ilə bağlı olan normativ-hüquqi akt və digər sənəd layihələrinin hazırlanmasında iştirak etmək;
  • Əlilliyi olan şəxslərin hüquqları haqqında yerli qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması işində iştirak etmək;
  • Agentliyin Aparatının struktur bölmələri və tabeliyində olan qurumların fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlər vermək, arayış və rəylər hazırlamaq, hazırlanmış sənədləri yoxlamaq;
  • Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Tabeliyində olan işçilər arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
  • Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
  • Şöbə üzrə Agentliyin İdarə Heyətində müzakirə edilməli məsələləri müəyyən etmək;
  • Şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil etmək;
  • Agentliyin məhkəmələrdə və digər dövlət orqanlarında maraqlarının və mənafeyinin qorunması üçün zəruri sənədlərin vaxtında hazırlamanmasına (iddia ərizələri, etirazlar, yuxarı instansiya məhkəmələrinə şikayətlər, vəsatətlər və s.) nəzarət etmək;
  • Agentliyin fəaliyyəti ilə bağlı olan normativ-hüquqi akt və digər sənəd layihələrini, Agentliyin bağladığı müqavilələrin hüquqi təhlil və ekspertizasının doğru aparılmasına nəzarət etmək;
  • Agentliyin məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil olunmasını, hüquq və qanuni mənafelərinin müdafiəsini təmin etmək;
  • Dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən Agentliyə ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Agentliyin fəaliyyəti ilə bağlı mülki, idarələrarası və s. xarakterli müqavilələrin hazırlanması işinə nəzarət etmək.
  •  Əmək haqqı 2000-2300 AZN
  • Təminatlar:
  • İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
  • Kollektiv mükafat.
  • İş qrafiki: 5 günlük – 09:30–18:30

Xüsusi tələblər

  • Komandanı idarəetmə bacarığı;
  • Həssas əhali qrupları ilə işləmək bacarığı;
  • Stress vəziyyətlərinin idarə edilməsi bacarığı;
  • Microsoft windows, word, excel və powerpoint proqramlarından sərbəst istifadə bacarığı;
  • İş təcrübəsi: Minumum 6 il iş təcrübəsi
  • Təhsil: Bakalavr
  • İxtisas: Hüquq / Mülki, inzibati, kommersiya hüququ
  • Yaş həddi: 23 – 50 yaş
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq