6 C
Baku
Saturday, December 14, 2024

Marketinq şöbəsinin meneceri – Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

0
Marketinq şöbəsinin meneceri – Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Bakı
27.10.2023

Vakansiyanın təsviri

  • Marketinq üzrə bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək;
  • Bütün satış əməkdaşlarının fərdi hədəflərə nail olmalarına cavabdehlik daşımaq;
  • Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək;
  • Şöbənin illik büdcəsini təsdiq üçün hazırlamaq və onu maliyyə cəhətdən məsuliyyətlə idarə etmək;
  • Müxtəlif satış tədbirlərində iştirak etmək və yeni müştəriləri cəlb etmək üçün tanıtım kampaniyaları təşkil etmək;
  • Bazar araşdırması aparmaq və müştəri tələbatlarını öyrənmək;
  • Müştərilərin məmnunluq dərəcəsini ölçərək, analiz apararaq və çatışmazlıqları müəyyən edərək təkliflər hazırlamaq;
  • Reklam xarakterli çəkilişlərin təşkili və yayımlanması;
  • Zənglər, görüşlər,təqdimatlar və tədbirlər həyata keçirməklə satışın təşkili;
  • Sosial şəbəkələr və veb-saytın idarə olunmasına nəzarət etmək;
  • Şöbə əməkdaşlarının peşəkar inkişafına dair təşəbbüslər irəli sürmək.
  • Kompleks təklif edir: Məktəb avtobusu xidmətindən, yeməkxanadan, inventar və avadanlıqlardan istifadə etmək;
  • Normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq;
  • Kompleksdə təhsil alacaq kompleks işçilərinin övladlarına 70% endirim;
  • Korporativ nömrə ilə mobil telefon;
  • Biznes bank kartı;
  • Noutbuk.

Xüsusi tələblər

  • Marketinq, Biznes İdarəçiliyi, Layihələrin İdarə olunması üzrə ali və ya magistr təhsili;
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi və Marketinq, PR və ya Satış üzrə 3 il idarəçilik təcrübəsi;
  • Azərbaycan dilində sərbəst və ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
  • Rəqəmsal marketinq və satış üzrə beynəlxalq sertifikasiya;
  • Vahid komandada işləmək, çevik komanda qurmaq bacarığı, liderlik xüsusiyyətlərə malik olmaq.
  • Çevik və analitik düşünmə qabiliyyətinə malik olmaq, yenilikçi və yaradıcı olmaq;
  • Məqsədləri müəyyən etmək və onlara nail olmaq üçün taktika və strategiyanı düzgün təsvir etmək;
  • İdeya və fikirləri şifahi və açıq şəkildə aydın, düzgün və səlis şəkildə izah etmək və çatdırmaq;
  • Müxtəlif situasiyalarda müstəqil qərarlar vermək bacarığı.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMarketinq və PR