28 C
Baku
Saturday, July 27, 2024

Hüquq və Kredit Risklərinin Ləğv Edilməsi Departamentinə aparıcı mütəxəssis – Ziraat Bank Azərbaycan

0
Hüquq və Kredit Risklərinin Ləğv Edilməsi Departamentinə aparıcı mütəxəssis – Ziraat Bank Azərbaycan
Bakı
07.02.2022

Vəzifəyə olan tələblər:

  • Ali hüquqi təhsili;
  • Müvafiq sahədə 6 illik iş stajı;
  • Bank sahəsi, eyni zamanda korporativ və məhkəmə işləri sahəsində bilik və təcrübənin olması;
  • Qanunvericilik, xüsusilə bank qanunvericiliyi haqqında biliklərə malik olması;
  • Türk və İngilis dilii bilikl’ərinə üstünlük verilir;.
  • MS Office, Internet Explorer proqramları ilə çalışmaq bacarığı.

Əsas vəzifələr: 

  • Müştərilərlə yaşanan hər cür hüquqi anlaşılmazlıqlarla əlaqədar struktur bölmələrlə koordinasiyalı işləmək, bununla bağlı struktur bölmələrə tövsiyələr vermək, lazımi hallarda məsələnin hüquqi müstəvidə həll edilməsinə çalışmaq;
  • Etibarnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində məhkəmələrdə Bankı təmsil etmək;
  • Banka olan kredit borclarının inzibati və hüquqi yollarla ödənilməsi və ləğv olunmasıyla əlaqədar bütün müvafiq iddia və təqib proseslərini Bankın lehinə nəticələndirmə yönündə aparmaq/aparılmasını təmin etmək;
  • Bankın filiallarının, şöbələrinin və nümayəndəliklərinin açılması, habelə hər hansı fəaliyyət növü ilə bağlı lisenziyanın alınması üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak etmək və hüquqi dəstək vermək;
  • Bankın səhmlərinin emissiyası ilə bağlı tələb olunan sənəd və məlumatların hazırlanmasında iştirak etmək və hüquqi dəstək vermək;
  • İddia ərizələrini və pretenziyaları hazırlamaq, onları təyinatı üzrə göndərmək və məhkəmə baxışından əvvəl araşdırmalar aparmaq, habelə çıxarılmış məhkəmə qərarlarının icrası ilə əlaqədar müvafiq işləri həyata keçirmək;
  • Departament direktoru və Bankın idarəetmə orqanları tərəfindən verilmiş digər vəzifələr.

Göstərilən tələblərə cavab verən namizədlər Fevral ayının 28-nə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Hüquq sahəsi üzrə aparıcı mütəxəssis” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi