14 C
Baku
Tuesday, April 16, 2024

Hüquqi məsələlərin tənzimlənməsi şöbəsinin böyük məsləhətçisi – Təhsildə Keyfiyyət Təminatı Agentliyi

0
Hüquqi məsələlərin tənzimlənməsi şöbəsinin böyük məsləhətçisi – Təhsildə Keyfiyyət Təminatı Agentliyi
Bakı
30.09.2020

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Hüquqi məsələlərin tənzimlənməsi şöbəsinin böyük məsləhətçisi” vakansiyası elan edir

Vəzifə

Sizin vəzifəniz hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Agentliyi təmsil etmək, Agentliyin strukturları tərəfindən hazırlanmış sənədlərin, müqavilələrin (sazişlərin), qanunvericilik layihələrinin hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğuna dair rəylər vermək olacaqdır.

Məsuliyyət

1. Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Agentliyi təmsil etmək, Agentlik adından məhkəmə sənədlərinin hazırlanması və təqdim edilməsi prosesində iştirak etmək;
2. Agentliyə daxil olan və ya Agentliyin strukturları tərəfindən hazırlanmış müqavilələrin (sazişlərin), qanunvericilik və təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğuna dair rəylər vermək;
3. Agentliyin fəaliyyətinə aid qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin bazasını formalaşdırmaq, onların təkmilləşdirilməsi və yenilənməsi ilə bağlı təkliflər hazırlamaq;
4. Məhkəmə işlərinin hesabatını aparmaq, məhkəmə işlərinin nəticələrinə dair təqdimatlar/arayışlar tərtib etmək;
5. Agentlik daxili prosesləri tənzimləyən hüquqi sənədlərin bazasını hazırlamaq;
6. Agentliyin fəaliyyəti ilə əlaqədar vətəndaşlar tərəfindən Agentliyə ünvanlanmış şikayətlərə/iddialara dair zəruri hərəkətləri həyata keçirmək;
7. Fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentlikdə yaradılmış komissiyalarda/işçi qruplarında iştirak etmək və aidiyyəti məsələlər üzrə təkliflər vermək;
8. Vəzifə öhdəlikləri irəli gələn digər fəaliyyətləri həyata keçirmək

Tələblər

• Hüquq sahəsi üzrə ali təhsil;
• Hüquq sahəsi üzrə minimum 2 il peşəkar iş təcrübəsi;
• İngilis dilini yaxşı səviyyədə bilmək;
• Azərbaycan dilində akademik yazı qabiliyyəti;
• AR qanunlarını, xüsusən də təhsil qanunvericiliyini işində tətbiq edə biləcək dərəcədə bilmək;
• Microsoft Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı;
• Yüksək yazılı və şifahi nitq qabiliyyəti;
• Riskləri görə bilmə və həll etmə qabiliyyəti;
• Analitik təhlil bacarığı;
• Məsuliyyət, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Üstünlüklər

1. Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
2. Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 30.10.2020

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Böyük məsləhətçi” qeyd etməklə göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər