Bakı
18.03.2024
Vakansiyanın təsviri
- Müəssisə: XƏYAL ADASI MMC
- Struktur bölmələrin sifarişinə əsasən hər növ müqavilələrin, onlara əlavə və dəyişikliklərin AR-nın qanunvericiliyinə və ya AR-ın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun tərtibi, hüquqi təhlilin aparılması və hüquqi rəyin bildirilməsi;
- Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında və məhkəmədə müdafiə etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin etmək;
- Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Müqavilə idarəetmə prosesinin daimi olaraq təkmilləşdirilməsi və şirkət daxilində müqavilə sifarişçilərinin sifarişlərinin yerinə yetirilməsi keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi, maarifləndirmə işinin aparılması;
- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması;
- Əcnəbi vətəndaşın ölkəyə gələ bilməsi üçün Operativ Qərargaha məktub hazırlanması və müraciət edilməsi, əcnəbi vətəndaşa viza hazırlanması üçün müraciət edilməsi;
- Miqrasiya müraciəti üçün tələb olunan sənədlərin (diplom, sertifikat, nikah şəhadətnaməsi, doğum şəhadətnamsi və s.) notariat tərcümə-təsdiq edilməsi.
- Əcnəbi vətəndaş üçün mənzil qeydiyyatı sənədlərinin hazırlanması üçün ev sahibi və ya Dreamland`ə müraciət olunması.
- İş və yaşamaq icazələri üçün Dövlət Miqrasiya Xidmətinə müraciət olunması və müraciətlərin təqib edilməsi.
- Hazır olan İş icazəsi və MYİ vəsiqələrinin təhvil alınması üçün müvafiq ödəniş tapşırıqlarının DMX`dən alınması və ödənişlərin icrası üçün Mühasibatlıq Şöbəsinə təqdim olunması.
- İşdən ayrılan əcnəbi işçilərinin İş icazəsi və MYİ vəsiqələrinin ləğv edilməsi üçün müvafiq ərizənin hazırlanması və 5 iş günü ərzində DMX`yə təqdim olunması.
- Əcnəbi işçilərin pasportlarının etibarlılıq müddətlərinin təqib edilməsi, əcnəbi işçilərinin miqrasiya məsələlərinə aid olan digər işlərin görülməsi (MOM, vəsiqə itirilməsi, ünvan dəyişmə, çıxış qərarının alınması və s.).
Xüsusi tələblər
- Ali hüquq təhsilli olmalı;
- Müvafiq sahə üzrə 5 ilə qədər iş təcrübəsi olmalı;
- AR-nın mülki (xüsusilə əqdlər, korporativ hüquq daxil olmaqla), inzibati, gömrük, vergi, əmək, miqrasiya, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməli;
- İngilis dili biliyi yüksək olmalı ( rus dili üstünlükdür) ;
- Məhkəmə sahəsində nəzəri və praktik biliklərə malik olmalı;
- Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı;
- Miqrasiya məcəlləsini mükkəməl bilməli;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Hüquqşünas” qeyd etməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |