Bakı
07.02.2022
Bakı filialı – Hüquqşünas
Öhdəliklər:
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
- Bankda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy vermək;
- Qəbul olunmuş yeni normativ hüquqi aktların tətbiqi ilə bağlı yaranmış sualları cavablandırmaq;
- Bank fəaliyyəti ilə əlaqədar standart şərtli müqavilələri və digər müxtəlif növ müqavilələri hazırlamaq;
- Sahibkarlıq subyektlərinə verilən kredit və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərə rəy vermək;
- Bankın iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərə dair qanunvericiliyə uyğun olaraq hüquqi rəylər və/və ya məsləhətlər vermək;
Tələblər:
- Hüquq və ya beynəlxalq hüquq sahəsi üzrə bakalavr təhsili;
- Mükəmməl azərbaycan dili (rus və ingilis dili arzuolunandır);
- Güclü analitik və problem həll etmə bacarığı;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Təfərrüatlara diqqətlə yanaşmaq;
- Təqdimetmə bacarığı;
- Kompyuterdə, MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
- Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyət;
- Təşəbbüskar olmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməsini xahiş edirik.
Müsabiqədə Bakı şəhəri ərazisində və ona yaxın bölgələrdə yaşayan şəxslərə üstünlük verilir.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Hüquq |