Hüquqşünas
Tələblər:
• Hüquq sahəsi üzrə ali təhsil;
• Müvafiq iş sahəsi üzrə, korporativ (şirkətlər), müqavilə hüququ və ya Əqli Mülkiyyət hüququ üzrə minimum 3 illik iş təcrübəsi;
• Mülki, əmək, maliyyə, inzibati, hüquq və vergi üzrə qanunverciliyi bilməli;
• Səhmdar şirkətləri ilə iş təcrübəsinin olması üstünlükdür;
• Yüksək səviyyədə Azərbaycan və İngilis dili, orta səviyyədə Rus dili bilikləri.
Vəzifə öhdəlikləri:
• Şirkətin fəalliyyətinə hüquqi dəstəyin göstərilməsi;
• İşgüzar sövdələşmələrin və digər hüquqi sənədlərin hazırlanması, onların üzərində düzəlişlərin aparılması və onlara dair məsləhətlərin verilməsi;
• Müqavilələrin şərtləri ilə tanışlıq və onların şirkət qaydalarına və AR qanunvericiliyinə uyğunluğunun təmin edilməsi;
• Birgə fəalliyyət, məxfilik müqavilələr və digər xüsusi hüquqi sənədlərin hazırlanması;
• Şirkət adından əlaqəli tərəflərlə danışıqların aparılması;
• Əmək müqaviləsinə və iş xarakteristikasına uyğun olaraq səmərəli, keyfiyyətli və vaxtında funksional vəzifələrin yerinə yetirilməsi;
• Daxil olan digər müraciət və tapşırıqların yerinə yetirilməsi.
Vakansiya ilə bağlı müraciət üçün link: https://hr.gilanholding.com/v/5011?lang=az
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |