21 C
Baku
Tuesday, April 16, 2024

Hüquqşünas (İmişli, Ağcabədi və Beyləqan Filialları üzrə) – MKT İstehsalat Kommersiya MMC

0
Hüquqşünas (İmişli, Ağcabədi və Beyləqan Filialları üzrə) – MKT İstehsalat Kommersiya MMC
24.01.2020

Hüquqşünas (İmişli, Ağcabədi və Beyləqan Filialları üzrə)

MKT-İK MMC (Pambıq müəssisəsi) Hüquqşünas vakansiyası üzrə işçi axtarır.

Vəzifə funksiyaları

1. İddia ərizələrinin, apellyasiya şikayətlərinin hazırlanması və məhkəmələrə təqdim edilməsi;
2. Məhkəmə proseslərində təmsilçilik;
3. Məhkəmə aktlarının icrası işini qanuna uyğun formada təşkil etmək;
4. Problemli fermerlərlə müvafiq görüşlərdə iştirak etmək, onlarla danışıqlar aparmaq və borclarının ödənilməsində iştirak etmək;
5. İcra və prosessual qanunvericiliyin tətbiqi sahəsində qanunvericiliyi bilmək və tətbiq etmək;
6. Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək;
7. Təhkim olduğu filiallara (məntəqələrə) zəruri hüququ yardımlar göstərmək, “MKT İK” MMC-nin və təhkim olduğu filialların mənafeyini müdafiə etmək, dövlət orqanları, hüquqi və fiziki şəxslərlə danışıqlar aparmaq, filialın əməkdaşlarına hüquqi yardım göstərmək;
8. Görülən işlər haqqından Şöbə rəisinə və şöbənin nəzarət funksiyasını icra edən hüquqşünasa hesabatlar təqdim etmək, onların göstərişlərini icra etmək.

Tələblər

• Ali təhsil;
• 25-45 yaş arası;
• Azərbaycan dilini mükəmməl bilmək;
• Microsoft Office (word və Excel) proqramından istifadə bacarığı;
• Mülki, iznibati prosessual, və icra qanunvericiliyi sahəsində bilik və ən azı 2 il təcrübəyə malik olmaq;
• Dövlət orqanları ilə iş bacarığı;
• Komandada işləmək bacarığı.

İş qrafiki: 5 günlük, I – V günlər 09:30-18:30,

Müraciət qaydaları: CV–ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Hüquqşünas (İmişli, Ağcabədi və Beyləqan Filialları üzrə)” yazmaqla göndərilir.

İşin aid olduğu sahə

KateqoriyaHüquq