«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Survey şöbəsinin mütəxəssisi
Namizədə tələblər
• Yaş: 21-35
• Cins-kişi
• Təhsil: Ali
• Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus dili (arzuolunadır)
• Komputer bilikləri: Microsoft Office Programs (Word,Excel)
Əsas vəzifə öhdəlikləri
• Nəqliyyat vasitələrinə və əmlaka baxış keçirmək və qiymətləndirmək məqsədilə sifarişçi tərəfindən daxil olan ərizələri qəbul etmək və araşdırmaq;
• Nəqliyyat vasitələrinə və əmlaka baxış keçirmək və qiymətləndirmək; bununla bağlı lazımi sənədləri toplamaq;
• Aparılan qiymətləndirmələri məlumat bazasında uçotunu aparmaq;
• Sürvey aktlarını hazırlamaq və göndərmək;
• Yeni və mövcud müştərilər üzrə sürvey bazasını aparmaq;
• Müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək
• Müştərilərdən daxil olan məlumatı müvafiq şöbələrə çatdırmaq;
• Zəruri hallarda lazım olan sənədləri azərbaycan və rus dillərinə tərcümə etmək;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşınqlarını yerinə yetirmək.
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı : 400 AZN
• İş yeri : Baş ofis
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Survey şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |