Bakı
18.04.2024
Vəzifə öhdəlikləri:
- Ümumi fəaliyyətin istiqamətləndirilməsi və əlaqələndirilməsi;
- Səlahiyyətə müvafiq olaraq qərarların qəbul edilməsi;
- Müəssisənin digər müəssisə və qurumlarla əlaqələrində iştirak edir;
- Şöbə və bölmələrin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətinin təşkil edilməsi;
- Onların inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirilməsi;
- Cəmiyyətin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması, ətraf mühitin qorunması üzrə qanunçuluq tələblərinə riayət olunmasına şərait yaradılması;
- İnvestisiya proseslərinin, digər sahələrdə birlikdə tikinti kompleksinin, təhsil, səhiyyə, mənzil, kommunal, mədəni-məişət təyinatlı sahələrin bazasının istehsal gücünün işə sapınmasına dair tapşırıqları yerinə yetirilməsi;
- Mütərəqqi texnologiyanın, avadanlıqların, materialların və konstruksiyaların, istehsalatın, əməyin və idarəetmənin təşkilinin qabaqcıl metodlarının geniş tətbiqi əsasında tikinti təşkilatlarının layihə-smeta sənədləri ilə təmin olunmasını təşkil edilməsi;
- Təsdiq olunmuş layihə-smeta sənədlərinə müvafiq obyektlərin tikintisinin gedişinə və yerinə yetirilən işlərin keyfiyyətinə nəzarəti və texniki nəzarəti həyata keçirilməsi;
- Podrat təşkilatların menecer üsulu və ya tenderlərin keçirilməsi yolu ilə tikintiyə cəlb olunmasını təşkil edir;
- Perspektiv və illik əsaslı tikinti planlarının işlənməsində iştirak edir, onların qəbul olunmuş qaydada razılaşdırılmasını təmin edir;
- Gələcək işlərin tikintisi üçük layihə-smeta axtarış işlərinin planlarının formalaşdırılmasının həyata keçirilməsi.
Tələblər:
- Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini, digər rəhbəredici və normativ sənədləri, sahənin və təşkilatın texniki və iqtisadi inkişaf perspektivlərini;
- Tikinti istehsalının texnologiyasını, podrat müqavilələrin bağlanması və icrası qaydalarını;
- Təşkilatın istehsal-təsərrüfat və maliyyə fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını;
- İstehsalatın, əməyin, idarəetmənin təşkilini və iqtisadiyyatını, tikinti istehsalının texnologiyasını, təşkilini və idarəetmə sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni;
- Əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğına qarşı mühafizə, istehsalat sanitariyasının norma və qaydalarını.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Cins: kişi
- Təhsil: Ali (İqtisadi, Hüquq və/və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi)
- İş təcrübəsi: Tikinti sahəsində ümumi olaraq 5 ildən yuxarı, rəhbər kimi isə 3 ildən yuxarı iş təcrübəsi;
- Kompüter bacarıqları: MS Office proqramlarını yüksək səviyyədə bilməli
- Güclü ünsiyyət və təqdimat bacarıqları
- Güclü analitik bacarıqlar və biznes analizi qabiliyyəti;
- Yüksək idarəetmə qabiliyyətləri, məsuliyyətli, təşkilatçılıq, müstəqil işləmək bacarığı.
İş şəraiti:
- İş rejimi: 6 günlük;
- Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir.
Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “İcraçı direktor” yazmaqla öz CV-lərini e-mail ünvanına göndərə bilərlər. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |