6 C
Baku
Sunday, December 15, 2024

İcraçı direktorun ofisinin Strateji planlaşdırma və korporativ inkişaf şöbəsinin məsləhətçisi – Azərbaycan Respublikası Dövlət Neft Fondu

0
İcraçı direktorun ofisinin Strateji planlaşdırma və korporativ inkişaf şöbəsinin məsləhətçisi – Azərbaycan Respublikası Dövlət Neft Fondu
Bakı
06.06.2024

Vakansiyanın təsviri

  • Strateji planın hər il işlənib hazırlanmasına, nəzərdən keçirilməsinə və yenilənməsinə dəstək göstərmək, departamentlərin strategiyalarını təşkilati məqsədlərlə uyğunlaşdırılması üçün əsas maraqlı tərəflərlə əlaqələndirmək.
  • Strateji inkişaf istiqamətlərini müəyyən etmək və hədəfləri təyin etmək üçün struktur bölmə rəhbərləri ilə təhlillər aparmaq.
  • Funksional strategiya sənədlərinin hazırlanmasına və həyata keçirilməsinə dəstək göstərmək, müəyyən edilmiş tələblərə uyğunluğu təmin etmək və icrasına köməklik göstərmək.
  • Biznes proseslərinin idarə edilməsini dəstəkləmək üçün müxtəlif departamentlərlə birlikdə işləmək, o cümlədən biznes proseslərə dəyişikliklərin və funksional təkliflərin sənədləşdirilməsi, razılaşdırılması və təsdiqini həyata keçirmək.
  • Əməliyyat risklərinin qiymətləndirilməsində iştirak etmək və müvafiq sənədləşmə proseslərini idarə etmək.
  • Biznes prosesləri və strategiyalarında təkmilləşdirmələr və yeniliklər ilə bağlı qabaqcıl beynəlxalq təcrübəni və meyarları mütəmadi araşdırmaqla təkliflər təqdim etmək.
  • Biznes proseslərinin və insan resurslarından istifadənin effektivliyini və səmərəliliyini qiymətləndirmək, təkmilləşdirilməsi üçün tövsiyələr vermək.
  • Biznes proseslərinin qiymətləndirilməsi ilə tələb olunan inkişaf imkanlarının və struktur dəyişikliklərinin müəyyən edilməsində dəstək göstərmək.
  • Təşkilat daxilində layihənin idarə edilməsinin planlaşdırma və icra mərhələlərində iştirak etmək, strateji məqsədlərə uyğunluğu təmin etmək.
  • Departamentin fəaliyyəti ilə bağlı müvafiq hesabatlar hazırlamaq və onları İcraçı direktora və digər maraqlı tərəflərə təqdim etmək.

Xüsusi tələblər

  • Böyük təşkilatlar və ya konsaltinq şirkətlərində strateji planlaşdırma, korporativ inkişaf və ya oxşar sahələrdə ən azı 2 il təcrübə.
  • Güclü analitik, liderlik və problem həll etmə bacarıqları.
  • Əla kommunikasiya və insanlarla münasibət qurma bacarıqları, komanda mühitində effektiv şəkildə işləmək və tərəfdaşları idarə etmək qabiliyyəti.
  • ESG prinsiplərinə dair biliklər və onların korporativ mühitdə tətbiqi üstünlükdür.
  • Biznesin idarəedilməsi, Audit, Maliyyə və ya oxşar sahələr üzrə Bakalavr və ya Magistr təhsili.
  • Məlumatların təhlili və proqnozlaşdırma texnikaları ilə bağlı məlumatlılıq arzuolunandır.
  • İngilis və Azərbaycan dillərində mükəmməl yazılı və şifahi kommunikasiya bacarıqları.

Qeyd edilən tələblərə uyğun namizədlərdən CV-lərini aşağıdakı link üzərindən göndərmələri xahiş olunur.

https://oilfund.az/fund/career-opportunities/vacancy-apply/59