1 C
Baku
Saturday, December 14, 2024

Maliyyə Meneceri/Mütəxəssisi – İnprocon

0
Maliyyə Meneceri/Mütəxəssisi – İnprocon
Bakı
06.06.2024

İş şərtləri:

  • İş yeri: Bakı ş., Babək pr.1131, “Babək Plaza” biznes mərkəzi
  • İş qrafiki: bazar ertəsi – cümə 09:00-18:00, şənbə 9:00-14:00 (arzu olunandır).
  • Əmək haqqı namizədin təcrübəsi və bacarıqlarından asılı olaraq 800 – 1.500АЗН. + aylıq və illik bonuslar

Ünvan: Bakı ş., Babək pr.1131, “Babək Plaza” biznes mərkəzi, Blok C, Ofis 8-3

Əlaqə vasitələri:

Tel: +994 (12) 488 07 51

Tələblər:

  • Kompüter proqram bilikləri: MS Office, 1С
  • Ali təhsil (maliyyə sahəsində təhsil üstünlükdür)
  • İnşaat şirkətində təcrübə arzu olunandır, lakin mütləq deyil
  • Azərbaycan dili bilikləri mütləqdir, rus və ingilis dilləri arzu olunandır
  • Maliyyə sahəsində təcrübə minimal 2 il
  • Yaş həddi 20-45
  • Vergilər xidməti sistemi üzərindən ƏDV/OMV hesabatlarının tərtib edilməsi bacarığı
  • Vergi məcəlləsindən biliklər arzu olunandır

Vəzifə öhdəlikləri:

  • Ödənişlərin həyata keçirilməsi
  • Bank jurnalların/hesabatlarının aparılması (Bank Book)
  • Layihələr üzrə xərc hesabatlarının aparılması (Cost Control)
  • Daxil olan pul vəsaitləri və xərclərin planlaşdırılması (Cash Flow)
  • Daxili maliyyə hesabatlarının hazırlanması (Financial Report, Profit & Loss)
  • Rəhbərliyin maliyyə sahəsi üzrə digər tapşırıqların yerinə yetirilməsi

Qeyd: şirkətin mühasibatlıq işləri bir məsləhətçi şirkəti tərəfindən aparılmaqdadır və Maliyyə Meneceri/Mütəxəssisi-nin öhdəliklərinə daxil deyil deyildir.

Tələblərə uyğun gələn və maraqlı olan şəxslərin, e-mail mövzusunda “Maliyyə meneceri/mütəxəssisi” qeyd etməklə, CV-ləri e-mail ünvanına yönləndirməkləri xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə