Ümumi vəzifə öhdəlikləri:
- İdarə Heyəti və bankdaxili komitələrin iclaslarını təşkil etmək, zərurət yarandıqda iclaslarda katib kimi iştirak etmək;
- İclaslarda qəbul olunan qərarların protokollaşdırılması və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etmək;
- Bankdaxili əsas fəaliyyətlər üzrə əmrlər hazırlamaq;
- Bankın rəhbər işçilərinin (İdarə Heyətinin Sədri və üzvləri) görüşlərini təşkil etmək;
- Bankın rəhbər işçilərinin ezamiyyələri, xarici qonaqların qəbulu və görüşlərini təşkil etmək;
- Bankın rəhbərliyinə beynəlxalq maliyyə institutları tərəfindən təşkil olunan treninq və seminarlar barədə vaxtaşırı məlumat vermək;
- Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Bank sektorunda bu və ya digər sahədə minimum 1 il iş təcrübəsinin olması arzuolunandır;
- MS Office (Word, Excel, PowerPoint, Outlook) proqramları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Operativlik, dəqiqlik və səliqəlilik;
- Nəticəyönümlülük;
- İşgüzar kommunikasiya qurmaq və yüksək icraçılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 fevral 2023-ci il tarixinədək email-in mövzu hissəsində İdarə Heyəti Sədrinin ofisinin mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. [email protected]
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |