Yerləşmə yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Şirkətə maraqlı potensial xarici tədarükçülər haqqında məlumatların toplanması və rəhbərliyə təqdim edilməsi;
- Xarici tədarükçülərlə işgüzar münasibətlərin və əməkdaşlığın qurulması
- Yaranmış tələbata uyğun olaraq xaricdə istehsal olunan məhsulların bazar araşdırmasının həyata keçirilməsi;
- İdxal sifarişlərinin xarıcı təchizatçi şirkətlərinə verilməsi, Maliyyə departamentinin tərəfindən ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət;
- Satış komandasına müştərilərə kommersiya təkliflərinin təqdim olunması üçün zəruri məlumatların verilməsinə nəzarət;
- Daşınmalaranın və gömrük rəsmiləşdirilməsinin təşkili üçün Loqistika şöbəsinə zəruri məlumatların təqdim edilməsinə nəzarət;
- Anbar qalığı məlumatı əsasında sifariş olunacaq məhsullar haqqında rəhbərliyə məlumatın təqdim olunması;
- Sifarişlər zamanı daşınma şirkətləri ilə və gömrükdə yaranan problemlərin həlli;
- İdxal prosedurları ilə bağlı sertifikatların və icazələrin vaxtında əldə olunmasına nəzarət;
- Sərgilərdə iştirak, potensial partnyorlarla görüşlərin keçirilməsi və danışıqların aparılması;
- Hava, dəniz və ya quru nəqliyyatı ilə sifarişlərin çadtırılmasını təmin etməsi üçün nəqliyyat şirkətləri ilə danışıqların aparılması və zəruri məlumatların təqdim edilməsi;
- Təcizatçilar tərəfindən qöndərilən İdxal sənədlərində olan məlumatların düzgün olduğunun yoxlaması (çəki, qiymət, ad, ünvan, HS kodu və s.);
- AQTA-dan lazımı icazələrin və sertifikatların alınması üçün zəruri tədbirlərin həyata keçirilməsi (məlumatların müvafiq elektron sisteminə daxil edilməsi, rüsumların və xidmət haqlarının ödənişinin təşkili);
- Diqər dövlət qurumlarından idxal olunan mallar üçün sertifikatların, təsdiqedici sənədlərin və lisenziyaların alınmasının təşkil edilməsi;
- İdxal sənədlərin logistika şöbəsinə qömrük rəsmiləşdirilməsi üçün təqdim olunması;
Tələblər:
- Ali təhsili;
- Analoji vəzifədə minimum 3 il iş stajı;
- MS Office programını yaxşı bilmək;
- Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
- Yüksək təşkilatçılıq bacarıqları;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
- Analitik düşünmə bacarığı və problemin həllinə sistemli yanaşma yönümlüyü.
- Məlumatların və performans göstəricilərinin təhlili bacarıqları.
Şərtlər:
- İş qrafiki 9:00 – 18:00, BE-Ş;
- Azərbaycan Respublikası ƏM üzrə rəsmiləşdirmə;
- Müsahibə nəticələrinə görə rəqabət qabiliyyətli əmək haqqı;
- Peşəkar iş mühiti.
Müsahibə bütün alınmış CV-lərə baxıldıqdan sonra keçiriləcək.
CV – lər 04 May 2024-cü il tarixinədək qəbul edilir.
Fotoşəkilli CV formasını mövzu hissəsində “İdxal üzrə koordinator” vəzifəsi və gözlənilən əmək haqqı göstərilməklə e-mail ünvanına göndərmənizi xahiş edirik.
Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |