İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis – Azericard

    Bakı
    Posted 2 weeks ago

    “Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.

    Hal hazırda aktiv olan vakansiya: İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis

    Vəzifə öhdəlikləri:

    • İT təhlükəsizlik servislərinin proqram-texniki vasitələrinə texniki dəstək, texniki müşayiət (inzibatçılıq) və monitorinq;
    • İT təhlükəsizlik servisləri üzrə yeni proqram-texniki vasitələrinin tətbiqi;
    • “SOC – Security operations Center” – istifadə edən informasiya təhlükəsizliyi proqram-texniki alətlərinin effektivliyinin artırılması “policy tuning”, “rule tuning”;
    • İnformasiya təhlükəsizliyi üzrə tələblərin (siyasət, prosedur, qaydalar və s.) icrasına və standartların tətbiqinə nəzarət;
    • “SOC” fəaliyyətində iştirak;
    • İnformasiya təhlükəsizliyi üzrə insidentlərinin araşdırmasında (“incident investigation”, “insident forensics”) iştirak;
    • İnformasiya təhlükəsizliyi insidentlərinə cavab-vermə prosesində (“ISIRT”, “Incident response”) iştirak;
    • İnformasiya Təhlükəsizliyi İnsidentlərinin sənədləşdirilməsində iştirak.

    Tələblər:

    • İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək, öyrənmək istəyi;
    • Ali təhsil;
    • İnformasiya təhlükəsizliyi və ya proqramlaşdırma və ya sistem/şəbəkə inzibatçılığı sahəsində üzrə minimum 2 il iş təcrübəsi;
    • Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına dair biliklər;
    • Beynəlxalq İnformasiya təhlükəsizliyi sahəsində standartlar, təcrübələr haqqında biliklərin olması;
    • Təhlil bacarıqları, məsuliyyətlilik, təşkilatçılıq qabiliyyəti, dəqiqlik;
    • Azərbaycan dili səlis, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilməsi.

    Namizədlərdən CV-lərini “İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.

    Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

    Job Features

    Job CategoryİT

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.