9 C
Baku
Friday, December 13, 2024

İnformasiya təhlükəsizliyi mütəxəssisi/aparıçı mütəxəssisi – Modenis LLC eManat

0
İnformasiya təhlükəsizliyi mütəxəssisi/aparıçı mütəxəssisi – Modenis LLC eManat
Bakı
02.09.2020

Modenis MMC / eManat

Vəzifə adı: İnformasiya təhlükəsizliyi mütəxəssisi/aparıçı mütəxəssisi

Vəzifə öhdəlikləri:

• İnformasiya təhlükəsizliyi üzrə siyasət və standartların müəssisəyə tətbiqi və təkmilləşdirilməsi;
• İnformasiya təhlükəsizliynin təmin edilməsi üçün siyasət, qayda, prosedur və təlimat üzrə işlərin yerinə yetirilməsi , nəzarət mexanizminin qurulması və bu sahədə normativ-hüquqi bazanın inkişaf etdirilməsi ;
• Müəssisədə informasiya təhlükəsizliyinin ölçmə meyarlarının müəyyən edilməsi və uyğunluğunun yoxlanılması;
• İnformasiya təhlükəsizliyi üzrə hesabatların hazırlanması;
• İnformasiya təhlükəsizliyi insidentlərinə müdaxilə və onların idarə olunması;
• İnformasiya təhlükəsizliyinə dair prosedurların , mexanizmin və ölçmə meyarlarının test olunması;
• İnformasiya təhlükəsizliyi üzrə monitorinq və təhlillərin aparılması;
• Məlumatların klassifikasiyasını həyata keçirmək;
• İT resurslarında istifadəçi hüquqlarının müəyyən edilməsi və bu istiqamətdə periodik müşahidələrin aparılması;
• İnformasiya təhlükəsizliyi üzrə müxtəlif monitorinq sistemlərində nəzarətin həyata keçirilməsi;
• Yeni informasiya təhlükəsizliyi sistemlərinin test edilməsi, tətbiqi üçün siyasətlərin müəyyən edilməsi;
• Kriptoqrafik açarlar və sertifikatlarla işin aparılması və onlara nəzarət;
• İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması, təhlili və bunların qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsində iştirak etmək;
• Əməkdaşların informasiya təhlükəsizliyi tələblərinə riayət etmələri üzrə yoxlamalarda və xidməti araşdırmalarda iştirak etmək;
• Əməkdaşların müəssisə resurslarında informasiya təhlükəsizliyi qaydalarına əməl etməsi üçün maarifləndirmə işlərinin təşkili;
• Əməkdaşların informasiya təhlükəsizliyini təmin edəcək tələbnamələrinin tərtib olunması və izlənilməsi;
• Proqram təminatının nəzarəti və qurulmasını həyata keçirir;
• İT resursları üzrə bütün dəyişikliklərinin qeydlərinin təhlili;
• İT resurslarına giriş hüquqlarının verilməsinə və istifadəsində müşahidələrin aparılması;
• İT infrastrukturunda təkmilləşdirmə işlərinin bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə tələblərin irəli sürülməsi;

Namizədə qoyulan tələblər:

• Ali təhsil (Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi olanlara üstünlük veriləcək)
• Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
• Komanda şəklində işləmə bacarığı;
• Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
• Yüksək üsniyyətqurma qabiliyyəti;
• Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
• İT təhlükəsizliyi həlləri üzrə biliklərin olması;
• Dil bilikləri: Azərbaycan dili – Səlis danışıq, oxuma və yazmaq; İngilis dili – Intermediate, Rus dili – B1. ;
• Müvafiq sahə üzrə sertifikatları olması arzu olunandır

İş şəraiti:

• Ofis daxili;
• Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən 2000-3000 AZN
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin verilməsi;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.

Göndərilən CV-lərdə mövzu adı yerində “İnformasiya təhlükəsizliyi mütəxəssisi/aparıçı mütəxəssisi”  yazılmalıdır.

İşin aid olduğu sahə

KateqoriyaİT