10 C
Baku
Thursday, December 12, 2024

PR Menecer – Yelo Bank

0
PR Menecer – Yelo Bank
Bakı
02.09.2020

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “PR Menecer” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “PR Menecer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.

Vəzifə üzrə öhdəliklər:

• Bankın PR strategiyasının hazırlanması;
• PR fəaliyyəti üçün plan və büdcənin hazırlanması;
• Mövcud media əlaqələrinin saxlanılması və yenilərinin qurulması;
• Press relizlər, çıxışlar, müsahibələr üçün məzmunun yaradılması;
• PR nəticələrini aylıq olaraq izləmək;
• PR şöbəsi üçün KPI-ların təyin edilməsi və onların ölçülməsi;
• PR şöbəsinin iş prosesinə nəzarət;
• KSM və sponsorluq layihələrinin təşkili və idarəolunması;
• Rüblük və illik maliyyə hesabatların təhlili;
• Daxili PR üzrə planın hazırlanması və icrası.

Vəzifəyə uyğun Sizdən tələblərimiz:

• İctimaiyyətlə əlaqələr sahəsində minimum 5 il iş təcrübəsi;
• Azərbaycan və Rus dillərində mükəmməl şifahi və yazılı ünsiyyət, İngilis dili arzuolunandır;
• Yaradıcı və analitik düşüncə tərzi;
• Fərdi və komandada işləmək bacarığı;
• Ali təhsil (PR, marketinq, jurnalistika, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi arzuolunandır).

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi