10 C
Baku
Thursday, December 12, 2024

İnformasiya Təhlükəsizliyi şöbəsinin aparıcı mütəxəssisi – Express Bank

0
İnformasiya Təhlükəsizliyi şöbəsinin aparıcı mütəxəssisi – Express Bank
21.02.2019

Vakansiya: İnformasiya Təhlükəsizliyi şöbəsi/aparıcı mütəxəssis

Tələblər:

– Ali texniki/İT üzrə təhsil;
– İnformasiya təhlükəsizliyi və ya sistem inzibatçılığı sahəsində minimum 2 il iş təcrübəsi;
– Windows Server əməliyyat sistemlərinin inzibatiləşdirilməsi üzrə iş təcrubəsi;
– Active Directory, DNS, DHCP, Group Policies, File Servers ilə iş təcrubəsi;
– Exchange Server ilə iş təcrubəsi;
– Korporativ Antivirus sistemlərinin inzibatiləşdirilməsi üzrə iş təcrubəsi;
– Mail Gateway, Web Gateway, Thread Detection, Vulnerability Management, SIEM sistemləri ilə iş təcrübəsi arzu olunandır;
– Müxtəlif informasiya texnologiyalarından istifadə zamanı yaranan təhlükəsizlik risklərini bilmək;
– Azərbaycan, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilmək;
– İT və İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatları olanlara üstünlük verilir.

Vəzifə öhdəlikləri:

– İT-resurslarında giriş hüquqlarına nəzarət;
– İnformasiya təhlükəsizliyi üzrə müxtəlif monitorinq sistemlərinin nəzarəti (Mail Gateway, Web Gateway, Anti-Malware, Thread Detection, Vulnerability Management, SIEM və s.);
– Yeni informasiya təhlükəsizliyi sistemlərinin test edilməsi, tətbiqi və istismarı;
– Kriptoqrafik açarlar və sertifikatlarla işin aparılması və ona nəzarət;
– İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması və təhlili, bunların qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsində iştirak etmək;
– İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların təhqiqatında iştirak etmək;
– Əməkdaşların informasiya təhlükəsizliyi tələblərinə riayət etmələri üzrə yoxlamalarda və xidməti araşdırmalarda iştirak etmək.

E – mail : [email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT