9 C
Baku
Friday, December 13, 2024

“METAK”-a 6 vakant vəzifə üzrə işçi tələb olunur

0
“METAK”-a 6 vakant vəzifə üzrə işçi tələb olunur
21.02.2019

1. Təchizat üzrə mütəxəssis (Qusar rayonu üzrə)

İşin təsviri:

– Daxili bazarın araşdırılması və müqayisə olunması;
– Satınalmalar üzrə sənədləşmə işlərinin aparılması;
– Çatdırılmaya, logistika və nəqliyyata nəzarətin təşkili.

Tələblər:

– Ali təhsil; 
– MS Office proqramları üzrə biliklər; 
– Satınalma və təchizat sahəsində ən azı 1 il iş təcrübəsi;
– Dəqiq və sürətli işləmək bacarığı.

İş şəraiti

– 6 günlük iş həftəsi
– Nahar şirkət tərəfindən verilir
– Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir
– Əmək haqqı danışıq əsasında
– Iş yeri: Qusar rayonu

Maraqlananlar saytda https://www.metak.az/resume/resume.php?vid=129 onlayn-anketi dolduraraq və ya [email protected] ünvanına CV göndərərək  01.03.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

 


2. Mühəndis-konstruktor

İş barədə məlumat

• Kompyuter texnikasından istifadə etməklə məmulatların, eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması. 
• Qeyri-standart avadanlıqların layihələrinin işlənib hazırlanması
• Yeni konstruksiyalarin qurulması və sınağının təşkil
• İşlərin hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun olmasını, istifadəsini təmin edir.

Namizədə tələblər

• cins:kişi 
• Yaşı:30-55
• Təhsili: Ali, maşınqayırma texnologiyası
• İş stajı 5 ildən çox
• Alət sexində, maşınqayırma sahəsində müvafiq iş təcrübəsi
• Kompyuter bilikləri: Autocad,Solid Works və yaxud başqa 3D CAD-CAM proqramları
• Özündən yaradıcı fikirlər irəli sürən. 
• Kollektivdə işləmək bacarığı.

İş şəraiti

• Əmək haqqı danışıq əsasında;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq  https://www.metak.az/resume/resume.php?vid=39 
və ya [email protected] ünvanına CV göndərərək 11.03.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.


3. Satış üzrə mütəxəssis

İş barədə məlumat

• Müştərilərdən birbaşa, e-mail və ya telefon vasitəsi ilə sifarişlərin qəbulu;
• Qaimə-fakturaların yazılması;
• Satışın reallaşdırılması;
• Anbar qalığına nəzarət edilməsi;
• Mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
• Göstərilmiş xidmət və satılmış malların ödənişinə nəzarət edilməsi.

Namizədə tələblər

Cinsi: qadın

• Ali təhsil;
• Satış sahəsində 1-3 ilə qədər iş təcrübəsi;
• Riyazi hesablamaları aparma bacarığı;
• MS Office proqramlarında işləmək bacarığı;
• Aydın, inandırıcı və düzgün danışıq tərzi.

İş şəraiti

• Əmək haqqı danışıq əsasında;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq  https://www.metak.az/resume/resume.php?vid=84 
və ya [email protected] ünvanına CV göndərərək 12.03.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.


4. Təmirçi-çilingər

İşin təsviri:

 Xüsusi mürəkkəb və iri qabaritli avadanlığın və mürəkkəb aqreqatlara malik bütün emal növləri üçün avtomat xətlərinin əsaslı və orta təmiri. 
 Mürəkkəb detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi. 
 Dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi.
 Dəzgahların təmizlənməsi və yağlanması. 
 Mexanizmlərin yığılması, təmiri. 
 Avadanlığın istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması. 
 Avadanlığın təmirdən sonra sınaqdan keçirilməsi, tənzimlənməsi və təhvil verilməsi. 
 Təmir edilən avadanlığın quraşdırılması və montajı üçün mürəkkəb mexanizmlərin hazırlanması. 
 Təmir üçün defekt cədvəllərin tərtib edilməsi.

Əlavə şərtlər:

 İş qrafiki: 6 günlük iş həftəsi 09:00-18:00
 İstirahət: bazar günü
 Nahar şirkət tərəfindən təmin olunur

Tələblər:

 Ə/h: 600-800 azn.
 Cinsi: Kişi
 25-55 yaş
 Orta texniki təhsil
 Müvafiq iş stajı 3-5 il
 Dil bilikləri: Azərbaycan dili,  Rus dili – orta
 Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=111 və ya [email protected] ünvanına CV göndərərək 21.03.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.


5. Alətçi-çilingər

İş barədə məlumat

• Press qəliblərin və ştampların yığılması və təmiri;
• Forma əmələ gətirən səthlərin və axma kanalların pardaqlanması;
• Cizgilərin oxunması; 
• Cizgilərdə təsvir olunan əsas elementlərin məlumat pəstahında nişanlanması;
• Çilingər işləri: yonma, burğu ilə deşmə, cilalanma və sürtmə, detalların bir-birinə uyğunlaşdırılması;
• Sınaqlarda iştirak etməsi.

Namizədə tələblər

• Orta texniki təhsil;
• Press qəliblərdə bütün əməliyyatları bilməli (oturtma, müsadilə);   
• Çilingər və ölçü-nəzarət alətləri, onların təyinatını və işlətmə qaydalarını bilməli;
• Elektrik və pnevmatik alətlərlə işləmək bacarığı;
• Press qəliblərin konstruktiv xüsusiyyətlərini və qaynar kanallı qəliblərin yığılmasını bilməli;
• Bu sahədə iş təcrübəsi 5 ildən artıq.

İş şəraiti

• Əmək haqqı danışıq əsasında;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq  https://www.metak.az/resume/resume.php?vid=122 və ya [email protected] ünvanına CV göndərərək 21.03.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.


6. Tornaçı-frezerçi

İşin təsviri:

– İstifadəsinə təyin olunmuş avadanlığın iş prinsipini və istifadə qaydalarını  bilməli;
– İstifadə etdiyi torna və frez alətlərinin növünü və təyin olunmasını bilməli;
– Ölçmə, ölçü alətləri, ölçü vahidləri, standartlaşdırma, hədd kənarlaşmaları və s. haqqında məlumatlı olmalı;
– Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını,  istehsalat  mədəniyyətinə riayət etməli.

Əlavə şərtlər:

– İş qrafiki: 6 günlük iş həftəsi 09:00-18:00 
– İstirahət: bazar günü
– Nahar şirkət tərəfindən təmin olunur

Tələblər:

– Cinsi: Kişi
– 25-55 yaş
– Ali texniki təhsil
– Müvafiq iş stajı 3-5 il
– Dil bilikləri: Azərbaycan dili,  Rus dili – orta
– Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq  https://www.metak.az/resume/resume.php?vid=110  və ya [email protected] ünvanına CV göndərərək 21.03.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər