15 C
Baku
Tuesday, April 16, 2024

İnformasiya Təhlükəsizliyi üzrə Baş mütəxəssis – Azericard

0
İnformasiya Təhlükəsizliyi üzrə Baş mütəxəssis – Azericard
Bakı
18.06.2021

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.

Hal hazırda aktiv olan vakansiya: İnformasiya Təhlükəsizliyi üzrə Baş mütəxəssis

Tələblər:

• İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək, öyrənmək istəyi.
• Ali təhsil;
• İnformasiya təhlükəsizliyi və ya proqramlaşdırma və ya sistem/şəbəkə inzibatçılığı sahəsində üzrə minimum 2 il iş təcrübəsi;
• Skriptiq bacarıqları Python, shell və s.
• Beynəlxalq İnformasiya təhlükəsizliyi sahəsində standartlar, təcrübələr haqqında biliklərin olması;
• Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına dair biliklər;
• Təhlil bacarıqları, məsuliyyətli təşəbbüskarlıq, təşkilatçılıq qabiliyyəti, dəqiqlik;
• Azərbaycan dili səlis, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilməsi.

Vəzifə öhdəlikləri:

• İT təhlükəsizlik servislərinin proqram-texniki vasitələrinə texniki dəstək, texniki müşayiət (inzibatçılıq) və monitorinq.
• Layihələrdə iştirak o cümlədən İT təhlükəsizlik servisləri üzrə planlaşdırma və yeni proqram-texniki vasitələrinin tətbiqi.
• “SOC – Security operations Center” – istifadə edən informasiya təhlükəsizliyi proqram-texniki alətlərinin effektivliyinin artırılması (“policy tuning”, “rule tuning” və s.).
• İnformasiya təhlükəsizliyi üzrə tələblərin (siyasət, prosedur, qaydalar və s.) icrasına və standartların tətbiqinə nəzarət;
• Azəricard şirkətinin İT infrastrukturunda informasiya təhlükəsizliyi risklərin idarəedilməsi, ö cümlədən zəyifliklərin aşkarlnaması, aradan qaldırılması və hesabat.
• İnformasiya təhlükəsizliyi insidentlərin menecmenti ö cümlədən informasiya təhükəsizliyi hadisələrinin monitorinqi, insidentlərin aşkarlanması, araşdırma (“cyber forensics investigation”) və hesabat.
• Şirkət daxili əməkdaşların informasiya təhükəsizliyi təhdidlər, daxili qaydalar və siyasətlər üzrə məlumatlandırma.

Namizədlərdən CV-lərini “ITSEC üzrə Baş mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaİT