2 C
Baku
Saturday, December 14, 2024

İnformasiya Təhlükəsizliyi üzrə İnzibatçı – PAŞA Sığorta ASC

0
İnformasiya Təhlükəsizliyi üzrə İnzibatçı – PAŞA Sığorta ASC
05.03.2019

“PAŞA Sığorta” ASC namizədləri İnformasiya Təhlükəsizliyi üzrə inzibatçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Şəbəkənin gündəlik monitorinqinin aparılması; 
• Şəbəkədə anomaliyaların aşkarlanması və analizi;
• İnformasiya təhlükəsizliyinə aid alətlərlərinin köməyi ilə (eləcədə digər imkanlar/addımlarla) şəbəkə, server və digər rəqəmsal infrastruktura bağlı aktivlərdə ola biləcək boşluqların və təhdid doğurucu vəziyyətlərin aşkarlanması üçün skanlamaların aparılması və hesabatın hazırlanması;
• Gündəlik olaraq infrastrukturda olan aktivliyin monitorinqi və “log”ların analizinin aparılması;
• Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş məhsulların gündəlik monitorinqinin aparılması, hesabatın çıxarılması və analizi.

BİLİK VƏ BACARIQLAR

• İnformasiya Texnologiyaları üzrə Texniki və ya ali təhsil;
• İnformasiya texnologiyaları sahəsində ən azı 3 il, informasiya təhlükəsizliyi sahəsində ən azı 1 il iş təcrübəsi;
• Rus və İngilis dili texniki səviyyədə bilməli, sərbəst danışıq arzuolunandır;
• Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, tekniki biliklərə malik olmayan şəxslərə);
• Ünsiyyətqurma və komandada işləmək bacarığı
• Analitik düşüncə və stressə dözümlü olmaq bacarığı,
• Səbrli və soyuqqanlı olmaq bacarığı.

Son müraciət tarixi: 31 mart, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta