15 C
Baku
Wednesday, April 24, 2024

İnsan Resursları üzrə menecer – Buta Construction

0
İnsan Resursları üzrə menecer – Buta Construction
Bakı
07.08.2020

Vəzifə : İnsan Resursları üzrə menecer

Namizədə olan tələblər :

– Müvafiq sahədə minimal 5 il iş təcrübəsi;
– Dağ mədən, tikinti quraşdırma sahəsində iş təcrübəsi olan şəxlərə üstünlük veriləcək;
– Səlis yazı və danışıq qabiyyətinə malik olan, Azərbaycan dilinin qrammatikasını sərbəst bilən, öz fikirlərini şifahi və yazılı olaraq sərbəst ifadə edə bilən şəxs olması tələb olunur;
– Yüksək səviyyədə kompyuter bilikləri ( Word, Exel, Power Point, Outlook və s.)

• Ali təhsil
• AR əmək məcəlləsini bilməli
• Təklif edilən sahə üzrə ən azı 2-3 illik iş təcrübəsi tələb olunur
• Microsoft Office proqramını istifadəçi səviyyəsində bilməli
• İnsan resurslarına aid əsasnamə, təlimat və digər rəhbər sənədləri bilməli
• Operativ və düzgün qərar vermək bacarığına malik olmalı, yaxşı şifahi və yazılı ünsiyyət bacarıqlarının olması.
• Azərbaycan və Rus dillərini mükəmməl bilməli, İngilis dilini bilməsi arzu olunandır

İş şərtləri :

– 5 günlük iş norması (şənbə bazar istirahət günləri)
– İş vaxtı : 09:00 – 17:00

Əmək funksiyası :

• Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir.
• Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında, səbəblərini qeyd etməklə raport tərtib edir.
• Sahə işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır və məlumat verir.
• İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir.
• Müəyyən olunmuş qaydada işlənmiş, işdən əlavə işlənilən vaxt və əmək intizamının pozuntular haqqında məlumatları əks etdirən tabeli aparır.
• Sahə işçilərinin işə dəvamiyyət işini, qeydiyyatını, mərkəzi ofisə göndərilməsini təmin etmək.
• İşçilərin daxili intizam qaydalarına nəzarət etmək və mərkəzi ofisi məlumatlandırmaq. (təqdimat formasında)
• Sahənin işçi tələbatını sahə rəhbəri ilə razılaşdırmış qaydada göndərmək.
• Sahə işçilərinin iş növbəliyini, icazələrini və digər oxşar işləri əlaqələndirmək.
• Sahədə işə yeni başlayan işçilərin qəbulu və yerləşdirilməsi.
• Boşdayanma, iş vaxtından artıq işin qeydiyyatını aparmaq və məlumatlandırmaq (təqdimat formasında)
• Eyni zamanda iş prossesindən asılı olaraq yaranmış vəziyyətlərin Əmək Qanunvericiliyinə uyğun olaraq həll etmə bacarığı.
• Bununla yanaşı ixtisasına peşəsinə uyğun olaraq iş ilə əlaqədar rəhbərliyin verdiyi tapşırıqların icrasını təmin etmək.
• İşçilərin işə davamiyyətinə nəzarət etmək;
• Struktur bölmələr üzrə davamiyyət tabellərinin doldurulub təsdiqlənməsi və İnsan resurslarının idarəedilməsi şöbəsinə təqdim edilməsinə nəzarət etmək;
• İşçilərin gündəlik qidalanma ilə təmin edilməsinə nəzarət və qeydiyyatını aparmaq;
• İnsan resurslarının idarəedilməsi üzrə müvafiq qeydiyyatların aparılmasını təşkil etmək;
• Yeni işə qəbul olunmuş işçilərə uyğunlaşma təliminin keçirilməsini təmin etmək;
• İş üçün müraciət edən vətəndaşların müraciətlərinə baxılmasını təmin etmək və işə qəbul sisteminə əsasən namizədlərlə ilkin müsahibələri təşkil etmək;
• İşçi müraciətlərinə qanunvericilik əsasında baxmaq və tədbirlər görmək;
• İşçilərə ezamiyyə vərəqələrinin verilməsini və ezamiyyələrin qeydiyyatını təmin etmək;
• İcazələrin və xəstəlik vərəqələrinin qeydiyyatını aparmaq;
• İşçilərin məzuniyyət qrafikinin tərtib edilməsində və onun yerinə yetirilməsində iştirak etmək;
• Struktur bölmələrdən daxil olan bütün aidiyyatı yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemləri həll etmək.
• Elekron hökümət portalına işçilərin qeydiyyata salınması
• Müqavilələrin tərtib olunması
• İşçilərin icbari sığortalanmasının təmin edilməsi
• Aylıq, rüblük, yarımillik kadr hesabatlarının aparılması

Əmək haqqı : 800 AZN

Əlaqə nömrəsi : 012 310 39 42
E mail ünvanı : [email protected]
Ünvan : Bakı şəh., Nobel prospekti 25E, Ağ Şəhər Biznes Mərkəzi

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Menecer