3 C
Baku
Tuesday, February 27, 2024

İşəcəlb üzrə aparıcı mütəxəssis – Abşeron Logistika Mərkəzi

0
İşəcəlb üzrə aparıcı mütəxəssis – Abşeron Logistika Mərkəzi
Bakı
12.05.2023

Ümumi vəzifə öhdəlikləri:

  • Mərkəz üzrə potensial işçi mənbələrinin müəyyən edilməsini araşdırmaq;
  • Mərkəz üzrə mövcud vakansiyalara tələblərin müəyyən edilməsi, elanların yerləşdirilməsi, Yeni vakansiyalar üzrə işçi axtarışı (daxil olan CV-lərin analizi və seçimi)
  • Namizədlərin müsahibə və testə dəvəti,
  • Test və müsahibələrin aparılmasını təmin etmək və iştirak;
  • Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin, əmək bazarının və işə götürmə agentliklərinin dəyərləndirilməsində iştirak etmək;
  • Mərkəzin potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmək;
  • Mərkəzdə təcrübə proqramları üzrə layihələrin hazırlanması, könüllü və  təcrübəcilərin cəlb edilməsi,
  • Əmək yarmarkalarında Mərkəzi təmsil etmək,
  • Mövcud mamizədlər bazası reyestrinin davam etdirilməsi,
  • Vakansiyanın qoyulmuş vaxt çərçivəsində başlanmasını təmin etmək,
  • Müxtəlif namizəd qiymətləndirmə alətlərindən istifadə etmək,
  • Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək,
  • Yeni işçilərin sınaq müddətləri üzrə nəticələrinin izlənməsi və qeydiyyatı,
  • Maraqlı tərəflərlə, o cümlədən, universitet, işədüzlətmə agentlikləri və digər tərəfdaşlarla strateji əməkdaşlıq qurmaq,
  • İşəcəlb və yerləşdirmə üzrə təlimatların yazılmasında iştirak etmək və təlimatlara əməl etmək,
  • İşə götürmə prosesində qanunvericiliyidə nəzərə və risklərin qarşısının alınması
  • departamentinin idarəedilməsilə bağlı təlimatların yazılmasında yaxından iştirak etmək;
  • Fəaliyyəti ilə əlaqədar məlumatların effektiv və dəqiq təmin və təhlilinə, başqa biznes sistemləri və prosesləri ilə vəhdətin təşkil etməsinə nail olmaq,
  • Aylıq, rüblük, illik hesabatlar təqdim etmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • İşəcəlb  sahəsində 3- 5 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və Rus dillərini yüksək səviyyədə bilməli, İngilis dili üstünlükdür;
  • Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
  • Peşəkarlıq tələbləri:
  • Əmək qanunvericiliyini bilməli
  • Rekruter (recruiter) kadrların işə cəlb etmə bacarığ
  • Əmək bazarında peşəkar kadrların seçmə bacarığı
  • Effektiv vakansiya elanlarının hazırlanması
  • Peşəkar və qərəzsiz müsahibəni aparma bacarığı

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 11 iyun 2023-cü il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İşəcəlb üzrə aparıcı mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər