İstehlak Kreditləri üzrə Menecer
Namizədlərə qarşı irəli sürülən əsas tələblər:
Kredutləşmə sahəsində ən azı 5 illik iş təcrübəsi (İstehlak kreditleri, kredit kartları)
İşçi heyətinin idarə olunması üzrə ən azı 2 illik iş təcrübəsi
Kommersiya intuisiyasının mükəmməl inkişafı – biznes imkanlarını aşkarlamaq qabiliyyəti
Cəlbetmə əminliyi
Analitik qabiliyyət
Dəyişikliklərə qarşı açıqlıq və hazırlıq
Mükəmməl ünsiyyət vərdişləri və inandırmaq bacarığı
Excel proqramından inamla işləmək bacarığı
İngilis və ya rus dilləri biliyi
Əsas öhdəlikləri:
İstehlak kreditləri portfelinin və kredit kartlarının təyin olunmuş plan əsasında inkişafı
Müştərinin tələblərinə maksimal uyğunluğa nail olmaq üçün məhsulların, proseslərin və yardımçı xidmətlərin yaradılması və təkmilləşdirilməsi
Bazarın analizi və dəyişikliklərə vaxtında reaksiya verilməsi
Filiallarla və Anderraytinq şöbəsi ilə xidmətin keyfiyyətinin və sürətinin yüksəldilməsi üzrə fəal iş
Kreditləşmə proseslərinin maksimum avtomatlaşdırılması üçün İnformasiya Texnologiyaları və Biznes Dəstəyi Departamentləri ilə birgə iş
Marketinq Departamenti və Əlaqə Mərkəzi ilə birgə işləməklə, eləcə də məsafəli kanallar vasitəsi ilə təklifləri gücləndirməklə müştərilərin filiallara sabit axınının təmin olunması
Kredit portfelinin artımının, satışın, keyfiyyətin və xərclərin monitorinqi və təhlili
Planlardan sapıntıların aradan qaldırılması üçün tədbirlərin müəyyən edilməsi və icrası
Filial əməkdaşlarının lazımi ixtisas səviyyəsinin təmin edilməsi
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Kredit işçisi |