10 C
Baku
Thursday, December 12, 2024

Müştəri xidmətləri şöbəsinin kiçik mütəxəssisi- PASHA Life

0
Müştəri xidmətləri şöbəsinin kiçik mütəxəssisi- PASHA Life
25.04.2019

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Müştəri xidmətləri şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  28 aprel 2019-cu il

Əsas vəzifə öhdəlikləri:

1. Fərdi və korporativ müştəriləri ilə müqavilələrin/əlavələrin/hesab fakturaların hazırlanması və yenilənməsini təmin etmək;
2. Daxil olan ərizələri yoxlamaq və sistemə daxil etmək;
3. Şöbənin ümumi fəaliyyətinin dəstəklənməsi məqsədilə köməkçi funksiyaları yerinə yetirmək;
4. Müştərilər tərəfindən daxil olmuş sığorta xidməti ilə əlaqəli sorğulara operativ cavab verilməsini təmin etmək;
5. Satışdan sonra xidmətin həyata keçirilməsini təmin etmək;
6. Birbaşa rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə olan tələblər:

İş təcrübəsi : Tələb edilmir;
Təhsili/ixtisası : Ali-istənilən ixtisas üzrə bakalavr təhsili tələb olunur;
Dil bilikləri : Azərbaycan dili və rus dilini mükəmməl bilməlidir; İngilis dili arzuolunandır.
Kompüter bilikləri : MS Office; (xüsusilə MS Excel-i yaxşı səviyyədə bilməlidir);
Üstünlüklər: Sığorta sahəsində təcrübənin olması üstünlükdür;
Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, ünsiyyət qurma, münasibət yaratma

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Müştəri xidmətləri şöbəsinin kiçik mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

İşin aid olduğu sahə

KateqoriyaƏməliyyatçı