13 C
Baku
Friday, April 19, 2024

İstehsal üzrə mühasib – Avrora

0
İstehsal üzrə mühasib – Avrora
Bakı
08.06.2020

Elan : “İstehsal üzrə mühasib

Sizin əsas vəzifə öhdəlikləriniz :

• İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və plandan kənarlaşmaların aşkar edilməsi;
• İstehsal əməliyyatlarının maliyyətinin hesablanması;
• İstehsal xərclərinin bölüşdürülməsi;
• Anbar qalıqlarının uçotunun aparılması;
• Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması;
• İnventarların hərəkətinə və qalıqlarına nəzarətin həyata keçirilməsi;
• Debitor və kreditorların uçotunun aparılması.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• Mühasibat uçotu və vergi qanunvericiliyi, İFRS üzrə mükəmməl biliklərə sahib olmalı;
• Müvafiq sahə üzrə sertifikatları olmalı;
• Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmalı.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə;
• İş təcrübəsi : Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 3 illik iş təcrübəsi;
• Dil bilikləri : Azərbaycan və rus dillərində səlis danışa bilməli, İngilis dili biliyi üstünlükdür;
• Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı (yüksək səviyyədə Excel).

Bizim iş şərtləri :

• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 09:00-18:00;
• İş yeri : Sulutəpə.

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsal üzrə mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaMühasib