15 C
Baku
Saturday, May 18, 2024

İT Audit şöbəsinin müfəttişi – Bank of Baku

0
İT Audit şöbəsinin müfəttişi – Bank of Baku
Bakı
10.02.2023

Vakansiyanın təsviri

  • İT sahəsi üzrə risk yönümlü audit planının qurulması və müvafiq audit proqramlarının tərtib edilməsi
  • İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması
  • İT infrastrukturu üzrə mövcud biznes proseslərinin analizi və effektivliyinin artırılması üzrə təkliflərin verilməsi
  • Bankda informasiyaların qorunması və təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarətin mövcudluğunun yoxlanılması
  • Auditin Beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi və proseslərin standartlara uyğun aparılması üzrə tövsiyələrin verilməsi
  • Audit prosesində əldə edilmiş informasiyalar və nöqsanlar barəsində yazılı formada hesabatın hazırlanması və təqdim edilməsi
  • Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi
  • İş yeri: Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Xüsusi tələblər

  • Ali iqtisadi təhsil
  • Azərbaycan , rus və ingilis dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması
  • İT sahəsi (İT təhlükəsizlik, sistem inzibatçılığı, proqramlaşdırma, verilənlər bazası və s.) üzrə 2 ildən artıq iş təcrübəsi. İT audit sahəsində iş təcrübəsi arzuolunandır.
  • İT Audit və risklərin idarə olunması üzrə biliklər
  • Daxili və Beynəlxalq İT standartları üzrə biliklər
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
Müraciət etmək üçün[email protected]