6 C
Baku
Saturday, December 14, 2024

İT təhlükəsizlik inzibatçısı – Modenis LLC eManat

0
İT təhlükəsizlik inzibatçısı – Modenis LLC eManat
Bakı
14.07.2020

Modenis MMC / eManat

Vəzifə adı: İT təhlükəsizlik inzibatçısı

Vəzifə öhdəlikləri:

• İnformasiya sistemlərinin müdafiəsi üsullarının tətbiqi;
• Müəssisənin informasiya təhlükəsizliyi tələblərinə və qəbul edilmiş beynəlxalq standartların tələblərinə görə infrastruktur resursuna tətbiqlərin həyata keçirilməsi;
• İnformasiya təhlükəsiyiliyini təmin edəcək həllərin infrastrukturda testi və tətbiqinin aparılması;
• Sistem və şəbəkə səviyyəsində insidentlərin müəyyən edilməsi və zəifliklərin aşkar olunması üçün ilkin səviyyəli sızma testlərinin aparılması;
• Şəbəkə təhlükəsizliyini təmin edəcək həllərin mövcud infrastukturda tətbiqi və idarə edilməsi;
• İT İnfrastrukturu üzrə monitorinqdən toplanan təhlükəsizlik loqlarının emalı işinin aparılması;
• “Windows” və “*NİX” əməliyyat sistemlərində inzibatçı səviyyəsində işlərin görülməsi;
• Mövcud “Firewall”-ların idarə edilməsi və resurs haqqında hesabatların hazırlanması;
• “IPS/IDS” sistemlərinin idarə edilməsi və resurs haqqında hesabatların hazırlanması;
• “E-mail” təhlükəsizliyi sisteminin qurulması və idarə edilməsi;
• Antivirus həllərinin qurulması,idarə edilməsi və monitorinqi;
• Şəbəkə, sistem və proqram təminatı üzrə monitorinq sistemlərinin qurulması və idarə edilməsi;
• İnformasiya təhlükəsizliyinin texniki sahəsi üzrə digər işlərin görülməsi;
• Resursların planlaşdırılmasında iştirak və təkliflərin irəli sürülməsi;
• Bulud infrastrukturlarında informasiya təhlükəsizliyini təmin edən həllər üzrə testlərin aparılması və tətbiqin həyata keçirilməsi;
• İstifadəçilərin İnformasiya təhlükəsizliyini təmin edən resurslarda tələbnamələri üzrə tətbiqin həyata keçirilməsi;
• İT resursları üzrə monitorinq sisteminin daimi izlənməsi və yeni resursların əlavə edilməsi;
• İnformasiyanın qorunması üzrə texniki vasitələrin test edilməsi, tətbiqi və istismarı;
• İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması və təhlili, bunların qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsində tələblərin irəli sürülməsi;
• İT infrastrukturu obyektlərinin dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə tələblərin irəli sürülməsi;
• İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatında tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi;

Namizədə qoyulan tələblər:

• Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi
• Ən azı 2 il iş təcrübəsi;
• Komanda şəklində işləmə bacarığı;
• Analitik təhlil bacarığı
• Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1. ;
• NGFW, WAF, SIEM, DLP, Antivirus və digər İT təhlükəsizliyi həlləri üzrə praktiki iş təcrübəsi və biliklər
• TCP / IP, ümumi şəbəkə port və protokolları, trafik axını, OSI modeli, və ümumi təhlükəsizlik elementləri üzrə biliklər
• Təhlükəsizlik standartları və təcrübələri sahəsində biliklər
• Müvafiq sahə üzrə sertifikatları olması arzu olunandır

İş şəraiti:

• Ofis daxili;
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin verilməsi;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
• Dəyişkən əməkhaqqı sisteminin tətbiq edilməsi (aylıq bonuslar).

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Göndərilən CV-lərdə mövzu adı yerində “İT təhlükəsizlik inzibatçısı” yazılmalıdır.

İşin aid olduğu sahə

KateqoriyaİT