Java proqramçı (back-end) – Modenis LLC eManat

    Bakı
    Posted 3 weeks ago

    Vəzifə adı: Java proqramçı (back-end)

    Vəzifə öhdəlikləri:

    • Sistemin hazırlanması və optimallaşdırılması üçün proqram kod yazılımı
    • Müxtərlif API və Web servislərlə işlənməsi
    • Sistem Servislərinin işinin düzgün təmin edilməsi, problem və xətaların aradan qaldırılması
    • Verilənlər Bazası (DB) və Servislərlə işləmə
    • Sistemin tətbiqi, genişləndirilməsi və təhlükəsizliyin təmini
    • Ödənişlərdə yaranan problemləri analiz etmək və qarşısını alma tədbirlərinin görülməsi
    • Unit tetlərin və inteqrasiya testlərinin yazılması

    Namizədə qoyulan tələblər:

    • Ali təhsil
    • Sahə üzrə minimum 2 illik iş təcrübəsi
    • Tələb olunur: Java 8, Java EE üzrə biliklər və təcrübə
    • EJB, CDİ, JPA, RDBMS, PostgreSQL bilikləri
    • Üstünlük verilir: Docker, MongoDB
    • OYP (OOP) layihələrin tətbiqi və işlənməsi
    • Proqramlaşdırma və alqoritm qurma bacarığı və analitik – alqoritmik düşünmə qabiliyyəti
    • Komanda şəklində işləmə bacarığı
    • Effektiv və strukturlu proqram kodu yazma qabiliyyəti
    • Xarici dil səviyyəsi: İngilis dili– Intermediate

    İş şəraiti:

    • Ofis daxili;
    • İş rejimi həftənin 5 günü (09:00 – 18:00),
    • Tibbi sığorta
    • Nahar təminatının qarşılanması.
    • Əmək haqqının 15 gündən bir ödənilməsi;

    Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Java proqramçı (back-end)” yazılmalıdır.

    Job Features

    Job CategoryİT

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.