26 C
Baku
Saturday, July 27, 2024

Kadrlar üzrə müfəttiş – Azərpambıq ASK MMC

0
Kadrlar üzrə müfəttiş – Azərpambıq ASK MMC
Şirvan
15.04.2021

Kadrlar üzrə müfəttiş vakansiyası

“Azərpambıq ASK” MMC-nin Şirvan Pambıq Emalı Zavodu filialına Kadrlar üzrə müfəttiş vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

– Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək
– Ali və ya orta ixtisas təhsilli
– Bu sahədə 1 il iş təcrübəsi
– Microsoft Office (Word, Excel, Power Point) proqramlarında işləmək
– Problemləri həll etmə bacarığı

Vəzifə öhdəlikləri:

– Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması
– İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq
– Əmək kitabçalarında qeydlər aparmaq
– Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
– Kadrlara olan tələbatın təmin edilməsində iştirak etmək
– İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması
– İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək
– İşçi sayı: 150-170

İş rejimi: 6 gün
Həftədə 40 saat
Əmək haqqı: 450-600 AZN

Uyğun namizədlərdən cv-lərini [email protected] mail ünvanına mövzu yerinə “Kadrlar üzrə müfəttiş” qeyd edərək göndərmələri xahiş olunur.

Qeyd: Yalnız Şirvan şəhəri üzrə namizədlərdən müraciət etmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər