24 C
Baku
Friday, April 26, 2024

Kadrlar üzrə mütəxəssis – BSC Consulting & Outsourcing Company

0
Kadrlar üzrə mütəxəssis – BSC Consulting & Outsourcing Company
19.08.2019

20 ildən artıq fəaliyyət göstərən “BSC” Consulting və Outsoursing şirkətinə lahiyələrin və müştəri portfelinin sayının artması ilə bağlı Kadrlar üzrə mütəxəssis tələb olunur.

Kadrlar üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

– E-gov portalında əməliyyatları icra etmək;
– Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
– Şirkətlərin kadr işləri üzrə sənədləşmə prosesslərini idarə etmək;
– İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq; 
– Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
– Əmək kitabçalarında qeydlərin aparılması
– Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
– Kadr sənədləşməsi ilə bağlı əməliyyatların 1C proqramına işlənilməsi.

Tələblər:

– Ali təhsil;
– Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
– 1C proqramı üzrə biliklər;
– MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
– E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları;
– Stresədavamlı, tələbkar, məsuliyyətli,ixtisasını daim təkmilləşdirməli;
– Problemləri təhlil və həll etmə bacarığı.

Biz Sizə nə təklif edirik:

– Peşəkar, mehriban komandada iş;
– Etibarlı şirkətdə karyera;
– Professional və maddi yüksəliş üçün perspektiv;
– İş qrafiki: 9.00-18.00;
– Əmək haqqı 500-700 AZN

Maraqlanan şəxslər xahiş olunur CV-lərini [email protected] ünvanına göndərsinlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər