“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.
Hal hazırda aktiv olan vakansiya: Kartların hazırlanması şöbəsinin müdiri
Vəzifə öhdəlikləri:
• Şöbənin fəaliyyətinin və işinin təşkil edilməsi, şöbənin əməkdaşlarına rəhbərlik edilməsi;
• Bankların müvafiq əməkdaşları tərəfindən qəbul olunmuş faylları şöbənin əməkdaşları arasında paylaşdırılması və bu faylların işlənilməsini təmin edilməsi;
• Kartlara və ŞEN-zərflərə aid olan aktların vaxtında və düzgün çap edilməsinə nəzarət edilməsi;
• Bankların müvafiq əməkdaşları tərəfindən təcili tələb olunan plastik kartların və ŞEN-zərflərin hazırlanmasına dair ərizələrin qəbul edilməsini və icra edilməsini təmin etmək;
• Qəbul olunmuş fayllara və ərizələrə əsasən kartların və ŞEN-zərflərin çapını və personallaşdırılma prosedurların aparılmasını təmin etmək;
• Hazırlanmış plastik kartların və ŞEN-zərflərin aktlarının sıralamasının aparılmasını və təsdiq olunmuş aktların müvafiq qaydalara uyğun olaraq saxlanılmasını təmin edilməsi;
• Qüsurlu plastik kartlar aşkar olunduqda Bankların və Şirkətin müvafiq əməkdaşlarının məlumatlandırılmasına və tələb olunan prosedurların həyata keçirilməsinə nəzarət etmək;
• Yeni plastik kartlar layihələri üzrə testləri nümunə üzərində aparmaq və testlərin nəticələrini Bankların və Şirkətin müvafiq əməkdaşlarına göndərilməsini təmin etmək;
• Təqaüd plastik kartlarının zəruri olan müddətdə hazırlanmasını və Bankların müvafiq əməkdaşlarına təhvil verilməsini təmin etmək;
• Şöbədə olan avadanlığın işlək vəziyyətə saxlamağı.
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
• Ali təhsil, idarəçilik sahəsində ən azı 3 il iş təcrübəsi;
• Mexanikanin əsaslarını bilməsi;
• Azərbaycan, Rus və İngilis dillərini bilməsi;
• Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
• Digər struktur bölmələri ilə ünsiyyət və münasibət qura bilmə bacarığı;
• Ofis proqramları (Excel, Word) mükəmməl bilmə bacarığı;
Namizədlərdən CV-lərini “Kartların hazırlanması şöbəsinin müdiri” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
İşin aid olduğu sahə
Kateqoriya | İT |