6 C
Baku
Monday, December 16, 2024

Kassir (Bakı) – Bank Respublika

0
Kassir (Bakı) – Bank Respublika
Bakı
08.02.2022

Ümumi vəzifə öhdəlikləri:

  • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
  • Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
  • Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
  • Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
  • Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.

Namizədə qarşı tələblər:

  • Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
  • Yüksək ünsiyyət bacarığı;
  • Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Kassir qeyd etməklə  18 fevral 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi