2 C
Baku
Tuesday, March 5, 2024

Keyfiyyətə nəzarət Meneceri – Veysəloğlu Şirkətlər Qrupu

0
Keyfiyyətə nəzarət Meneceri – Veysəloğlu Şirkətlər Qrupu
Bakı
31.05.2020

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020 -ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Keyfiyyətə nəzarət Meneceri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: FMCG sahəsində minumum 5 il iş təcrübəsi
Təhsil: Ali (Qida mühəndisliyi)
Yaş həddi: 25 – 35 yaş

Vəzifə öhdəlikləri:

– Məhsullarının Keyfiyyət kriteriyalarının müəyyənləşdirilməsi və müvafiq strukturlarla paylaşılması;
– Məhsulların keyfiyyət stabilliyinin qorunmasını təmin etmək, bunun üçün mexanizm, proses və prosedurlar hazırlanmaq;
– Məhsul keyfiyyət auditlərinin həyat keçirilməsini təmin etmək (tədarükçü istehsal prosesi auditi, xammal keyfiyyət auditi, hazır məhsul keyfiyyət auditi);
– Keyfiyyət idarəedilməsi sistemində baş verən və verə biləcək risklərin təhlil edilməsi, müvafiq iş planlarının hazırlanması;
– Məhsullar üzrə keyfiyyətə nəzarət hesabatlılıq sisteminin qurulması, keyfiyyət yayınmalarının vaxtında müəyyənləşdirərək tədbirlər görülməsi;
– Mərkəz Keyfiyyətə Nəzarət Departamenti ilə sıx işləyərək məhsulların beynəlxalq keyfiyyət standartlarına, ölkə qanunvericiliyinə və marka standartları tələblərinə uyğunluğunu təmin etmək;
– Tədarükçü seçimi zamanı müvafiq keyfiyyət auditinin həyata keçirilməsi və rəy bildirilməsi;
– Məhsul Araşdırma və İnkişaf strukturu ilə yaxından işləyərək, yaradılan məhsulları uzun müddətli keyfiyyət tələblərinə cavab verməsini təmin etmək;

Tələblər:

– İstehsal müəssisələrində təcrübəyə malik olmalı;
– Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
– MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı;
– Sərbəst işləmək bacarığı olmalı;
– Xarici və ölkədaxili ezamiyyətə gedə bilməli;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Keyfiyyətə nəzarət Meneceri” yazaraq CV göndərməklə müraciət edilir

İşin aid olduğu sahə

KateqoriyaMenecer