-3 C
Baku
Sunday, December 15, 2024

Keyfiyyət menecmenti sistemi üzrə aparıcı mütəxəssis – Azercosmos

0
Keyfiyyət menecmenti sistemi üzrə aparıcı mütəxəssis – Azercosmos
Bakı
18.08.2023

Əsas funksiyalar:

  • Keyfiyyət menecment sisteminin (KMS) tələblərini icra etmək və ya icrasına dəstək olmaq;
  • Agentliyin struktur bölmələri ilə KMS-in koordinasiyasını həyata keçirmək və bununla əlaqədar işlərin icrası təmin etmək;
  • Agentliyin korporativ sənədlərinin və digər daxili sənədlərin işlək və aktual olduğuna nəzarət etmək;
  • Agentliyin risklərin idarəolunması sisteminin təmin olunmasında iştirak etmək və bununla bağlı verilən tağşırıqları icra etmək;
  • Müntəzəm olaraq KMS və risklərin idarəedilməsi sistemi üzrə hesabatların hazırlanması;
  • Birbaşa rəhbərinin digər tapşırıqlarının yerinə yetirilmək.
  • Risklərin idarəedilməsi üzrə məsul şəxsin funksiyalarının icrasına dəstək olmaq;
  • Agentliyin korporativ kodeksindən irəli gələn tələblərə əməl etmək.

Tələblər:

  • Ali təhsil. İqtisadiyyat və ya hüquq üzrə bakalavr dərəcəsi üstünlükdür
  • Keyfiyyət menecment sistemi / Risklərin idarəedilməsi/ / Daxili nəzarət/ Audit sahəsində azı 3 il iş təcrübəsi

Bilik və bacarıqlar:

  • Keyfiyyət menecment sisteminin əsasları,
  • Tətbiq edilən milli qanunvericilik, o cümlədən ISO və digər beynəlxalq standartlar;
  • Azərkosmos fəaliyyətinə aid olan metodik, normativ və başqa rəhbər materiallar;
  • Risklərin idarəedilməsinin aparılmasının əsasları;
  • Biznes proseslərin idarə edilməsi;
  • Daxili nəzarət prosesləri;
  • ISO təlimlərində iştirak və risklərin idarəedilməsi üzrə sertifikatlara malik olmaq arzu olunandır.
  • Yüksək şifahi və yazılı ünsiyyət
  • Analitik və kreativ düşüncə
  • Təşəbbüskarlıq, yenilikçilik
  • Kollektivdə çalışmaq bacarığı.

İş qrafiki:

  • İş qrafiki : Tam iş günü (5 gün)
  • İş saatları: 09:00-18:00

Kompüter bilikləri:

  • MS Office mükəmməl səviyyədə
  • MS Visio mükəmməl səviyyədə
  • Mövcud avtomatlaşdırılmış informasiya sistemlərində işləmək bacarığı

 Dil bilikləri: Azərbaycan dili (əla səviyyədə), İngilis dili (yaxşı səviyyədə)

Bu meyarlara uyğun namizədlər CV-lərini 25.08.2023-cü il tarixinədək “KMS” başlığı ilə göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər