2 C
Baku
Sunday, December 15, 2024

Kiçik hüquqşünas – FINCA Azerbaijan LLC

0
Kiçik hüquqşünas – FINCA Azerbaijan LLC
09.09.2019

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal – hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün KİÇİK HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir. “FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas vəzifə və öhdəliklər:

• Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrini, şikayətləri, vəsatətləri və digər sənədlərin hazırlamasına və məhkəmə işinin aparılmasına köməklik etmək;
• Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
• Təşkilatdaxili bütün sənədləşmə işlərinin, hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində Hüquqşünaslara dəstək göstərmək;
• Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək.

Tələblər:

• Hüquq üzrə bakalavr dərəcəsi;
• 1 ilədək rəsmi iş təcrübəsinin və ya könüllü kimi təcrübəsinin olması;
• Mülki, xüsusi ilə bank sahəsi üzrə qanunvericiliyi mükkəməl bilmək;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
• Rus və ya İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq;
• Regionlara səfər etmək imkanına malik olmaq;
• MS Office proqramlarını yaxşı bilmək;
• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 Sentyabr 2019-cu il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində KİÇİK HÜQUQŞÜNAS qeyd etməklə göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaHüquq