6 C
Baku
Sunday, December 15, 2024

Kiçik hüquqşünas – NBA Technologies International LLC

0
Kiçik hüquqşünas – NBA Technologies International LLC
Bakı
12.12.2023

Namizədə dair tələblər:

  • Təhsil: Ali hüquq təhsili;
  • Kompüter bilikləri: MS Office proqramlarını yaxşı bilmək, digər kompüter bilikləri əlavə üstünlük hesab olunur;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili orta, digər dil bilikləri əlavə üstünlük hesab olunur;
  • İş təcrübəsi: 6 aydan az olmayaraq hüquq sahəsində iş stajı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Punktual və ünsiyyətcil olmaq;
  • “Elektron məhkəmə” informasiya sistemindən istifadə bacarığı;
  • Azərbaycan Respublikasının qanunlarını və digər normativ hüquqi aktları mükəmməl bilmək.

Vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilməsi və tənzimlənməsi üçün öz səlahiyyətləri çərçivəsində və şöbə rəhbərinin tapşırıqlarına uyğun qaydada zəruri tədbirlər görmək;
  • Sorğu və məktubları tərtib etmək;
  • Müqavilələrin hazırlanması və onlara dair rəy bildirilməsində iştirak etmək;
  • Şirkətin tərəfdaşlarından daxil olmuş müraciətlərdə hüquqi xarakterli məsələlərə baxılmasında və onlara dair hüquqi rəy hazırlanmasında iştirak etmək;
  • Şirkətin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslər qarşısında müdafiəsini təmin etmək.

İş qrafiki: bazar ertəsi – cümə 09:00-18:00

İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza

Əmək haqqı: 700 AZN (Əzmkarlıq, işə yanaşma tərzi və digər meyarlar nəzərə alınmaqla sonradan əmək haqqının artırılması mümkündür). Eyni zamanda bayram mükafatları, şöbənin icraatında olan layihələrin uğurlu şəkildə başa çatdırılmasına görə mükafatlar verilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “kiçik hüquqşünas” adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaHüquq