24 C
Baku
Thursday, April 18, 2024

Kiçik mühasib – Gravity Inc

0
Kiçik mühasib – Gravity Inc
Bakı
18.09.2023

Əmək haqqı: 600 – 700 AZN

İş rejimi: 5 gün, 10:00 – 19:00

Namizədə Tələblər:

  • Yaş: 23-30
  • Müvafiq sahədə minimum 1 il təcrübə;
  • Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
  • Kompüterdə sərbəst işləmək bacarığı;
  • 1C proqramından istifadə bacarığı (əsas tələb);
  • Operativ işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Vəzifə Öhdəlikləri:

  • ƏDV deposit hesabından və bank hesabından yerli və xarici kontragentlərə ödənişlərin edilməsi;
  • EQF-ların tərtib olunması, daxil olan elektron qaimə fakturaların ilkin sənədlərə əsasən yoxlanılması;
  • Satış əməliyyatlarını müşəyiət edən sənədlərin (hesab faktura, müqavilə, qiymət razılaşdırma protokolu, təhvil-təslim aktı, üzləşmə aktı) tərtib edilməsi;
  • Müqavilələrin, memorandum, akt, hesab-faktura və bu qəbildən olan sənədlərin elektron arxivinin təşkil edilməsi;
  • Gündəlik kassa qalığı barədə məlumatın ilkin sənəd və proqram təminatına ilə üzləşdirilməsi, şirkətin bütün pul hərəkəti maddələrinə nəzarət, gündəlik və aylıq kassa hesabatının tərtib edilməsi;
  • Baş vermiş bütün maliyyə təsərrüfat əməliyyatlarının 1C proqram təminatında işlənməsi, mütəmadi hesablar üzrə dövriyyə qalıq cədvəlinin göstəricilərinin yoxlanılması;
  • ƏDV məqsədləri üçün debitorların hərəkəti, alınmış avans, əvəzləşmə üçün zəruri məlumatların tərtib edilməsi;
  • İdxal üzrə gömrükdən avans kodun alınması, zəruriyyət olduqda AQTA-ilə müraciətlərin və hesablaşmaların aparılması, gömrük rəsmiləşdirilməsi üçün zəruri sənədlərin təqdim edilməsi, xaricə ödənilmiş vəsaitlər üzrə ölkəyə idxal olunan mallar üzrə saldonun daim izlənməsi, gömrük rəsmiləşdirilməsi başa çatmış mallar üzrə maya dəyərinin hesablanması, rəsmiləşdirilmə ilə əlaqədar ödənilmiş vəsaitlərin təstiqedici sənədlərinin mövcudluğuna nəzarət edilməsi;
  • Tabel uçotu, əmək haqqı cədvəli, məzuniyyət ardıcıllığı cədvəli, son haqq-hesab cədvəllərinin tərtibi;
  • Vahid bəyannamənin təqdim olunması məqsədi ilə əmək haqqı və işçilər barədə məlumatın əmək haqqı cədvəlinə əsasən emal olunması, DVX-nin portalına daxil edilməsi;
  • Sənədlərin daim mövcudluğunu təmin etmək məqsədi ilə kontragentlərin nəzarətdə saxlanılması, mühasibat sənədlərinin göndərilməsi və qəbulunu təşkil edilməsi;
  • Rəhbərliyin işlə bağlı verdiyi müvafiq tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək.

CV-nin Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir.

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-ni elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Kiçik mühasib” qeyd etmələri xahiş olunur. Mövzu hissəsində bildirilən müvafiq qeyd olmayan şəxslərin məlumatlarına baxılmayacaqdır. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib