13 C
Baku
Tuesday, May 7, 2024

Kredit sahəsində təcrübə proqramı (Gəncə)

0
Gəncə
18.09.2023
Təcrübə proqramı

Şirkət haqqında:

   2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 53 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır.

Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir.

   İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir. 

GL ASC-dən Gəncə şəhərində yerləşən filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı

Karyeranızı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarığınızı inkişaf etdirmək istəyirsinizsə, sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Öhdəliklər:

  • Təlimlərdə aktiv iştirak etmək
  • Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
  • Təlimçi və mentorla interaktiv işləmək
  • Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək

Tələblər:

  • Yaşı 18-dən 30-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)
  • Karyerasını satış işində görmək
  • Öyrənməyə açıq olmaq
  • Hədəflərlə işləməyi bacarmaq
  • Pozitiv ünsiyyət bacarığı
  • Komandada işləməyə meyilli olmaq

Sizə nə vəd edirik:

  • Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,
  • Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı
  • Ə/h+bonus
  • Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.
  • Maraqlanan şəxslər  [email protected]  ünvanına “təcrübə proqramı (müvafiq region üzrə)” yazaraq cv-lərini göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi