21 C
Baku
Saturday, May 4, 2024

Kompüter mütəxəssisi – Azersun Holding

0
Kompüter mütəxəssisi – Azersun Holding
Bakı, Sumqayıt
06.04.2024

Vakansiyanın təsviri

  • Müəssisə:  AL MARKET MMC
  • Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;
  • Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi;
  • İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi;
  • Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması;
  • Kompüter, proqram təminatı ilə bağlı məslələr üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi;
  • PC, notebook, MS Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi;
  • Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • Növbəli iş qrafiki;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir.

Xüsusi tələblər

  • Ali təhsilli (müvafiq sahə üzrə);
  • Dil bilikləri: Azərbaycan – Əla;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Əməliyyat sistemlərini bilməli;
  • Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;
  • Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli;
  • CCNA , Microsoft OS sertifikatları arzu olunandır;
  • Ezamiyyətlərə açıq olmalı.

İş yeri

  • Bakı şəhəri
  • Sumqayıt şəhəri
  • Qaradağ rayonu.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kompüter mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər