6 C
Baku
Sunday, December 15, 2024

Risklərin idarə edilməsi üzrə baş mütəxəssis – ATS Food

0
Risklərin idarə edilməsi üzrə baş mütəxəssis – ATS Food
Şəki
06.04.2024

Vakansiyanın təsviri

  • Cəmiyyətin məruz qala biləcəyi risklərin idarə olunması üçün tədbirlər planını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Cəmiyyətdə risklərin idarə edilməsi sisteminin və nəzarət mühitinin formalaşdırılması istiqamətində işləri həyata keçirmək;
  • Şirkətin fəaliyyəti ilə bağlı normativ-tənzimləyici sənədlərin-siyasət,qayda,təlimatların və biznes proseslər üzrə xəritələrin müvafiq struktur bölmələrin iştirakı ilə hazırlanması və ya müvafiq struktur bölmələr tərəfindən bu növ sənədlərin hazırlanmasını təşkil etmək;
  • Biznes proseslərin monitorinqini həyata keçirmək və qüsurları müəyyən edərək, aradan qaldırılması üçün təkliflər hazırlamaq. Biznes proseslərin davamlı olaraq təkmilləşdirilməsi məqsədi ilə mütəmadi olaraq biznes prosesləri təhlil etmək;
  • Mütəmadi yoxlamalar aparmaqla biznes proseslərin təsdiq edilmiş qaydalara uyğun formada icra olunmasına nəzarət etmək;
  • Risk reyestrin hazırlanması, yeni aşkarlanan risklərin qeydiyyatının aparılması, qiymətləndirilməsi və reyestrin mütəmadi yenilənməsi.

İş Şərtləri:

  • Əmək şəraiti: Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi;
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun (ştat cədvəli aralığına münasib)
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Servis: Təmin edilir
  • Nahar: Təmin edilir
  • Könüllü tibbi sığorta: Təmin edilir
  • Korporativ nömrə və danışıq limiti: Təmin edilir

Xüsusi tələblər

  • Təhsil səviyyəsi: Ali təhsil (Maliyyə, audit, iqtisadiyyat, risklərin idarə edilməsi üzrə)
  • İş təcrübəsi: Risklərin idarə edilməsi və audit sahəsində ən azı 3 il iş təcrübəsi
  • Dil biliyi: Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili (yaxşı)
  • Kompüter biliyi: Microsoft Office proqramı üzrə biliklər, MS Visio
  • Digər: CİA, FRM, ACCA sertifikatlarının olması üstünlükdür.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı “Risklərin idarə edilməsi üzrə baş mütəxəssis” qeyd olunmaqla göndərə bilərlər.

Müraciət etmək üçün[email protected]