Baş ofis. Korporativ Bankçılıq Departamentinin Korporativ satış şöbəsinində Şöbə rəisi
Namizədə olan tələblər
• Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Bankçılıq)
• Azərbaycan və Rus dillərini səlis bilməli, İngilis dili arzuolunandır
• Bankda Korporativ bankçılıq və satış üzrə minimum 3 illik iş təcrübəsi
• İdarəçilik qabiliyyəti
• Komanda tərkibində işləmək bacarığı
• Analitik təhlil etmə qabiliyyəti;
• Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
• İnsanlarla işgüzar ünsiyyət qurmaq bacarığı;
• Yaradıcı təxəyyülə malik, məsuliyyətli, peşəkar və enerjili olmaq
• Kompüter proqramlarında işləmək qabiliyyəti (Bank əməliyyat sistemləri, MS Office
Vəzifə öhdəlikləri
• Korporativ müştərilərlə əlaqələrin qurulmasını, Bankın məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasını təşkil etmək;
• Müştəri məmnunluğunun təmini məqsədilə müştəri bazası ilə çevik kommunikasiya alətlərini qurmaq, sorğu və müraciətlərin qəbulu üzrə əsas təmas nöqtəsi olmaq;
• Müştəri müraciətləri üzrə maliyyə məsləhətçisi rolunu daşımaq, sorğuların operativ icrası məqsədilə Bankın aidiyyatı strukturları ilə daimi əlaqə olmaq;
• Tabeçilində olan müştəri menecləri üçün hədəf planlarını tərtib etmək, menecerlərin fəaliyyətinə və planın icrasına nəzarət etmək;
• Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək və xidmət üzrə təklif paketlərinı hazırlamaq;
• Bankın müştəri bazasının dinamikasını izləmək, rəqib bankların üstün və fərqli cəhətlərini öyrənmək, SWOT təhlil aparmaq və müştəri bazasının genişləndirilməsi üzrə təkliflər vermək;
• Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
• Yeni bank məhsul və xidmətlərinin yaradılması üzrə təkliflər vermək, tətbiq layihələrin hazırlanmasında iştirak etmək;
• Cəlb edilmiş müştərilərin hesab dövriyyələrin artırılması məqsədilə Bankda aparılan əməliyyatları analiz edərək, hesabatlılığı aparmaq, təhlil nəticələrini rəhbərliyə təqdim etmək;
Siz də bizim peşəkar komandanın üzvü olmaq istəyirsinizsə CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Korporativ kreditlər |