“Xalq Həyat” Sığorta Şirkəti ASC
Vəzifə: Satış və marketinq idarəsinin Korporativ satış şöbəsinə mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər
• Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
• Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək ;
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək .
Tələblər
• Ali təhsil;
• MS Office proqramlarında işləmək bacarığı;
• Sığorta sahəsində minimum 2 il iş təcrübəsi (satış üzrə);
• Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır).
CV-lərinizi, mövzu hissəsində “Satış və marketinq idarəsinin Korporativ satış şöbəsinə mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |