İş qrafiki: 09:00-18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Vəzifə öhdəlikləri:
Vəzifə yerli və beynəlxalq müqavilələrin hazırlanması, yoxlanılması, korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun olaraq zəruri sənədlərin hazırlanması və qeydiyyatı prosedurlarını təşkil etmək, nəzarət etmək, müəssisənin fəaliyyəti ilə bağlı hüquqi sorğuların cavablandırılması və hüquqi araşdırmaların aparılmasını, işlərin təşkili və şöbənin fəaliyyətinə nəzarət edilməsini əhatə edir.
Namizəd üçün tələblər:
- Müvafiq sahə 5 ildən az olmayan iş təcrübəsi
- Yerli qanunvericiliyə yüksək səviyyədə bələd olmaq
- Beynəlxalq müqavilələrlə işləmək (müqavilənin hazırlanması, ekspertizası)
- Yerli və beynəlxalq səviyyəli hüquqi araşdırma
- Hüquqi analiz
- Müqavilə menecmenti
- İdarəetmə və işlərə nəzarəetmə bacarıqları
- Kollektivlə iş bacarığı
- Yüksək kommunikasiya bacarıqları (şifahi və yazılı)
- Kommersiya və hüquqi perspektivdən problem həll etmə bacarığı
- Danışıqlar aparmaq bacarığı
- Hüquq üzrə müvafiq bakalavr və magistr dərəcələri
- Mükəmməl səviyyədə İngilis dili bilikləri
- Rus dili biliyi üstünlükdür.
Yalnız tələblərə uyğun namizədlər müraciət etsin.
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |