Korporativ kreditlər üzrə Baş mütəxəssis – AFB Bank

    Bakı
    Posted 2 months ago

    AFB Bank Müştəri Xidməti strukturunun Korporativ kreditlər üzrə Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

    Vəzifə: Baş mütəxəssis
    İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
    Ünvan: Bakı şəhəri.

    NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

    • Ali təhsil;
    • Bank və ya bank olmayan kredit təşkilatında 2 il iş təcrübəsi;
    • Bank qanunvericiliyi bilikləri;
    • Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili və İngilis dili bilikləri;
    • Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
    • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
    • Məsuliyyətlilik və dəqiqlik.

    İŞİN TƏSVİRİ:

    • Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
    • Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
    • Korporativ kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
    • Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
    • Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
    • Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
    • Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
    • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

    Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə Baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

    Job Features

    Job CategoryBank və BOKT işçisi, Kredit işçisi

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.