12 C
Baku
Friday, March 29, 2024

Korporativ sığorta şöbəsinin sektor müdiri – PASHA Life

0
Korporativ sığorta şöbəsinin sektor müdiri – PASHA Life
Bakı
29.09.2021

Struktur bölmə: Satış departamenti, Korporativ sığorta şöbəsi
Vəzifə: Korporativ sığorta şöbəsinin sektor müdiri
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 03.10.2021-ci il

Vəzifə Öhdəlikləri:

• Ümumi satış strategiyasına uyğun olaraq illik biznes planını hazırlamaq və yerinə yetirmək, eləcə də müvafiq aylıq və rüblük hədəflər müəyyən etmək, şöbənin fəaliyyətlərinə rəhbərlik etmək
• Müştəriyə mümkün olan ən yaxşı səviyyəli xidmətin göstərilməsini və şirkət prosedurlarına riayət olunmanı təmin etmək üçün şöbə standartlarını müəyyən etmək və qoruyub saxlamaq
• Tabeliyində olan satış əməkdaşlarının göstəricilərini və göstərdiyi xidmətin səviyyəsini maksimuma çıxarmaq üçün komandanı ruhlandırmaq, motivasiya etmək və inkişaf etdirmək
• Kadrları səmərəli şəkildə işə götürmək, işdə saxlamaq, müxtəlif təlimlərə yönləndirmək və inkişaf etdirmək üçün insan resursları üzrə məqsədəuyğun strategiyanın mövcudluğunu təmin etmək
• Şöbə daxilində təşkilatın şirkət dəyərləri və standartlarını tətbiq edərək sistem, proses və fəaliyyət istiqamətlərinin məqsədəuyğunluğunu təmin etmək məqsədilə onları təhlil etmək və təkmilləşdirmək üçün layihələr həyata keçirmək.
• Biznesə bütövlüklə fayda vermək üçün əsas daxili maraqlı tərəflər ilə münasibətlər qurmaq və şöbənin digər şöbələr ilə inteqrasiyasını təmin etmək.
• Mürəkkəb və biznes baxımından əhəmiyyətli müştərilər / agentlər / vasitəçilər portfelini işləyib hazırlamaq və onlarla olan münasibətləri idarə etmək.

Namizədə olan tələblər:

– İş təcrübəsi: Satış sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
– Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi.
– Dil bilikləri: Azərbaycan dili: Əla, İngilis dili: orta, Rus dili:orta.
– Üstünlüklər: Riyaziyyat və İqtisadiyyat ixtisasları üzrə bakalavr dərəcəsi.
– Kompüter bilikləri: MS Office: orta.
– Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, təsir göstərmə, münasibət yaratma.
– Liderlik səriştələri: strateji düşünmə, ruhlandırma, istedadı inkişaf etdirmə, təsir göstərmə, nəticəyə istiqamətləndirmə.

İmtiyazlar:

– Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta